6 Pis adamları yaşatmaz, Fəqirlərin haqqını verər.
6 Пис адамлары јашатмаэ, Фәгирләрин һаггыны верәр.
Yoxsulları isə onların ağızlarındakı qılıncdan qurtarır, Zorakının əlindən alır.
Əlbəttə ki, Rəbb möminləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününə kimi cəza altında necə saxlamağı bilir.
Lakin o, yoxsullara haqq ilə hökm edəcək, Yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq. Dünyanı ağzının dəyənəyi ilə vuracaq. Pis adamları ağzının nəfəsi ilə öldürəcək.
Pis insan fəlakət günündə sağ qalır, Qəzəb günü yol göstərilərək qurtulur.
Düşmənlərini rüsvayçılıq bürüyəcək, Pislərin çadırı məhv ediləcək».
Kimdir günahsız məhv olan? İndi yada sal. Əməlisalehlərin həlak olduğunu harada görmüsən?
Hamının gözü önündə Pislikləri üzündən onlara cəza verir.
Belə ki yer üzünün ucqarlarını tutsun, Üstündən pisləri çırpıb atsın.