Biblia Todo Logo
在线圣经

- 广告 -




ƏYYUB 24:12 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

12 Şəhərlərdən insan nalələri ucalır, Canı yaralı olanlar fəryad qoparır, Amma Allah dualarını nəzərə almır.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

12 Şəhərlərdən insan nalələri ucalır, Canı yaralı olanlar fəryad qoparır, Amma Allah dualarını nəzərə almır.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

12 Шәһәрләрдән инсан наләләри уҹалыр, Ҹаны јаралы оланлар фәрјад гопарыр, Амма Аллаһ дуаларыны нәэәрә алмыр.

参见章节 复制




ƏYYUB 24:12
23 交叉引用  

Mən yenə səma altında edilən Bütün zülmləri gördüm: Məzlumların göz yaşlarını gördüm, Onlara təsəlli verən yox idi, Qüdrət zalımların əlində idi, Məzlumlara təsəlli verən yox idi.


Sevimli qardaşımız Paulun da ona bəxş edilmiş müdrikliklə sizə yazdığı kimi, Rəbbimizin səbrini də xilas fürsəti kimi sayın.


İndi biz məğrurları bəxtiyar sayırıq. Pislik edənlər işlərində uğur qazanır, Allahı sınayanlar da cəzadan qurtarır”».


Dediklərinizlə Rəbbi yordunuz. «Onu nə ilə yorduq?» deyə soruşursunuz. «Pislik edən hər kəs Rəbbin gözündə yaxşıdır və Rəbb onlardan razıdır» yaxud «Ədalət keşikçisi olan Allah haradadır?» deyərək Onu yordunuz.


Xalqım nahaq yerə götürülüb aparıldı, İndi bundan Mənə nə qaldı?» Rəbb bəyan edir. Bu, Rəbbin sözüdür: «Onların başçıları ah-zar edir, Həmişə, gün boyu adım küfrlə çəkilir.


Əgər qəfil ölüm gəlsə, Günahsızların əzabına gülür.


Onlar aralarından yad allahları atdılar və Rəbbə qulluq etdilər. Rəbb İsraillilərin bu əzabına artıq dözə bilmədi.


Çünki bu paltar onun yeganə örtüyü və əyninin geyimidir. Bəs o adam yatanda nə ilə üstünü örtsün? O Mənə fəryad edəndə səsini eşidəcəyəm, çünki Mən lütfkaram.


Dünya pislərə təslim edilib, Dünya hakimlərinin gözünü bağlayan Odur. O deyilsə, bəs kimdir?


Pislərin çəpərləri arasında yağ üçün zeytun sıxırlar, Şərab üçün üzüm sıxırlar, Amma özləri susuzluqdan yanırlar.


Elə insanlar var ki, işığa üsyan edir, Nurlu yolu tanımır, Onun dalınca getmir.


Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir.


Əgər Səninlə mübahisə etsəm, Sən haqlı çıxarsan, ya Rəbb. Ancaq yenə də ədalət barədə Səninlə danışmaq istəyirəm. Nə üçün pis adamlar əməllərində Uğur qazanır, Bütün xainlər dinc yaşayır?


Onları Sən əkdin, kök saldılar, Qol-budaq atdılar, Bar verdilər. Sən onların dillərinə yaxınsan, Amma ürəklərindən uzaqsan.


跟着我们:

广告


广告