17 Dinlə məni, sənə deyim, Gördüyümü bəyan edim –
17 Динлә мәни, сәнә дејим, Ҝөрдүјүмү бәјан едим –
«Bir az səbir elə, sənə izah edəcəyəm, Çünki Allah barədə deyiləcək çox sözüm var.
«Ey hikmətlilər, sözlərimi dinləyin, Ey çoxbilənlər, məni eşidin.
Əyyub, indisə mənim sözümü dinlə, Hər kəlməmə qulaq as.
Bax bunu araşdırmışıq, bu həqiqətdir, Onun üçün bunu dinlə və anla».
Haqsızlığı su kimi içən, İyrənc, korlanmış insana O etibar edərmi?
Hikmətli adamların dediklərini, Atalarından alıb gizlətmədiyi şeyləri.
Bax gözlərim hər şeyi gördü, Qulaqlarım bunu eşidib dərk etdi.