Biblia Todo Logo
在线圣经

- 广告 -




ƏYYUB 11:19 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

19 Yatanda belə, səni qorxudan olmaz, Sənin lütfünü çoxları arzular.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

19 Yatanda belə, səni qorxudan olmaz, Sənin lütfünü çoxları arzular.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

19 Јатанда белә, сәни горхудан олмаэ, Сәнин лүтфүнү чохлары арэулар.

参见章节 复制




ƏYYUB 11:19
17 交叉引用  

Sənə zülm edənlərin övladları Gəlib önündə təzim edəcək. Sənə həqarətlə baxanların hamısı Ayaqlarına düşüb səcdə edəcək. Sənə Rəbbin şəhəri, İsrailin Müqəddəsinin Sionu deyəcəklər.


İndi isə Şeytan yığıncağından olub Yəhudi olmadıqları halda özlərini Yəhudi adlandıran yalançıları məcbur edəcəyəm ki, gəlib sənin ayaqlarına düşsünlər və Mənim səni sevdiyimi bilsinlər.


Rəbb belə deyir: «Misirlilərin var-dövləti, Kuşun ticarət gəliri, Ucaboylu Sevalılar yanınıza gəlib qulunuz olacaq. Onlar buxovlanacaq və ardınızca gedəcək, Qarşınızda yerə sərilib yalvaracaq: “Allah yalnız sizinlədir və başqa birisi yoxdur. Bundan savayı Allah yoxdur”».


Çoxları nəcabətlinin üzünü görmək istər, Səxavətli adamla çoxları dostluq edər.


Ölkənizə sülh verəcəyəm; yatanda sizi vahiməyə salan olmayacaq. Yırtıcı heyvanları ölkədən qovacağam və müharibə üzü görməyəcəksiniz.


Çünki ümidin var, sən arxayınsan, Mühafizə olunaraq rahat yatarsan.


Qorxusuz, rahat yatarsan, Şirin yuxu taparsan.


Aroer şəhərləri tərk olunacaq. Oralar sürülərin otlaq yeri olacaq, Onları qorxudan olmayacaq.


Hər kəs öz meynəsinin, əncir ağacının altında əyləşəcək, Onları qorxudan olmayacaq. Ordular Rəbbi belə söz verdi.


İsraildən sağ qalanlar haqsızlıq etməyəcək! Kimsəni aldadaraq yalan söyləməyəcəklər, Çünki onlar qarnı tox yatacaq, Onları qorxudan olmayacaq».


Yehoşafatın padşahlığında isə əmin-amanlıq oldu, çünki Allahı ona hər tərəfdən dinclik verdi.


Artıq millətlərin qarət malı olmayacaqlar, vəhşi heyvanlar da onları yeməyəcəklər. Asayiş içində yaşayacaqlar, onları qorxudan olmayacaq.


跟着我们:

广告


广告