Biblia Todo Logo
在线圣经

- 广告 -




İKİNCİ ŞAMUEL 5:19 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

19 Davud Rəbdən soruşdu: «Mən Filiştlilərə qarşı çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb Davuda cavab verdi: «Çıx, mütləq Filiştliləri sənə təslim edəcəyəm».

参见章节 复制

Azərbaycan Bibliyası 2008

19 Davud Rəbdən soruşdu: «Mən Filiştlilərə qarşı çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb Davuda cavab verdi: «Çıx, mütləq Filiştliləri sənə təslim edəcəyəm».

参见章节 复制

МУГӘДДӘС КИТАБ

19 Давуд Рәбдән сорушду: «Мән Филиштлиләрә гаршы чыхыммы? Онлары мәнә тәслим едәҹәксәнми?» Рәбб Давуда ҹаваб верди: «Чых, мүтләг Филиштлиләри сәнә тәслим едәҹәјәм».

参见章节 复制




İKİNCİ ŞAMUEL 5:19
12 交叉引用  

Bundan sonra Davud «Yəhuda şəhərlərindən birinə qalxımmı?» deyə Rəbbə müraciət etdi. Rəbb «ora qalx» deyə cavab verdi. Davud dedi: «Hara qalxım?» Rəbb dedi: «Xevrona».


Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər.


Davud Rəbbə müraciət edib dedi: «Gedib Filiştlilərlə vuruşummu?» Rəbb Davuda dedi: «Get Filiştlilərə hücum et və Qeilanı qurtar».


Harun oğlu Eleazar oğlu Pinxas o dövrdə sandığın önündə dururdu. Onlar Rəbbə dedilər: «Soydaşlarımız olan Binyamin övladlarına qarşı bir daha döyüşə çıxaqmı, yoxsa bu işdən əl çəkək?» Rəbb dedi: «Çıxın, çünki sabah onları sizə təslim edəcəyəm».


Bunun əvəzinə «əgər Rəbb istəyərsə, sağ qalarıq, bu və ya digər işi görərik» deməlisiniz.


İsrail padşahı dörd yüzə qədər peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedilər: «Get, Xudavənd onu padşaha təslim edəcək».


Buna görə Davud Rəbdən soruşdu və Rəbb dedi: «Birbaşa onların qarşısına çıxma, arxalarından dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl.


O, Rəbbə müraciət etdi. Amma Rəbb ona nə yuxu, nə Urim, nə də peyğəmbərlər vasitəsilə cavab verdi.


Davud Rəbbə yenidən müraciət etdi və Rəbb ona cavab verib dedi: «Qalx Qeilaya en, çünki Filiştliləri sənə təslim edəcəyəm».


Onun üçün Allaha müraciət etməyə ancaq o gündənmi başlamışam? Əsla! Padşahım bu quluna və atamın külfətinə şər atmasın, çünki az-çox olsa belə, qulunun bu işdən heç bir xəbəri yoxdur».


跟着我们:

广告


广告