Biblia Todo Logo
在线圣经

- 广告 -




İKİNCİ ŞAMUEL 24:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 İsrailə qarşı Rəbbin qəzəbi yenə də alovlandı və «get, İsraillilərlə Yəhudalıları say» deyə Davudu onlara qarşı təhrik etdi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

1 İsrailə qarşı Rəbbin qəzəbi yenə də alovlandı və «get, İsraillilərlə Yəhudalıları say» deyə Davudu onlara qarşı təhrik etdi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

1 Исраилә гаршы Рәббин гәэәби јенә дә аловланды вә «ҝет, Исраиллиләрлә Јәһудалылары сај» дејә Давуду онлара гаршы тәһрик етди.

参见章节 复制




İKİNCİ ŞAMUEL 24:1
23 交叉引用  

Şeytan İsraillilərə qarşı qalxdı və Davudu İsrailliləri siyahıya almağa təhrik etdi.


Sənin əvvəldən qərar verdiyin, Sənin əlində və niyyətində olan şeyləri həyata keçirsin.


Mən də onlara xeyirli olmayan qaydalar və həyat verə bilməyən hökmlər verdim.


Əgər peyğəmbər yoldan azıb bir söz söyləsə, bilin ki, o peyğəmbərin yoldan azmasına səbəb olan Mən Rəbbəm. Mən ona qarşı əlimi qaldıracaq və onu xalqım İsrailin arasından silib-atacağam.


Padşah dedi: «Ey Seruya oğulları, axı məndən sizə nə? Madam ki lənət edir, demək Rəbb ona “Davuda lənət et” deyib. Elə isə kim ona “belə etmə” deyə bilər?»


Rəbb belə deyir: “Bax sənə qarşı pisliyi öz nəslindən çıxaracağam və sənin gözünün önündə arvadlarını götürüb yaxınına verəcəyəm. O da göz görə-görə, gündüzün günorta çağı sənin arvadlarınla yatacaq.


Rica edirəm, ağam padşah indi qulunun sözlərinə qulaq assın. Əgər mənə qarşı səni qaldıran Rəbdirsə, bir təqdim qəbul etməyə razı olsun, yox, əgər bəşər övladlarıdırsa, qoy onlar Rəbb qarşısında lənətə gəlsinlər. Belə ki “get özgə allahlara qulluq et” deyərək Rəbbin irsindən pay almayım deyə məni qovdular.


Lakin Mən fironun ürəyini inadkar edəcəyəm ki, Misir torpağında göstərəcəyim çoxlu əlamətlər və möcüzələrə baxmayaraq,


Baxın siz mənə qarşı pis fikrə düşdünüz, lakin Allah onu yaxşı işə çevirdi ki, bu gün gördüyünüzü etsin və çoxlu adamın həyatını qorusun.


İndi məni buraya satdığınız üçün kədərlənməyin və təəssüflənməyin, çünki Allah həyatınızı qorumaq üçün məni sizdən qabaq buraya göndərdi.


Buna görə Allah onların üzərinə aldadıcı bir qüvvə göndərir ki, yalana inansınlar.


Musa Haruna və onun sağ qalan oğulları Eleazar və İtamara dedi: «Siz yas tutaraq saçlarınızı dağıtmayın, geyimlərinizi cırmayın. Yoxsa ölərsiniz və Rəbb bütün icmaya qəzəblənər. Ancaq bütün İsrailli soydaşlarınız Rəbbin yandırdığı adamların yasını tutsun.


Rəbbin Musaya əmr etdiyi kimi onlar Sina səhrasında xalqı elə də siyahıya aldılar.


Tolanın oğulları: Uzzi, Refaya, Yeriel, Yaxmay, İvsam və Şamuel. Bunlar Tolanın nəsil başçıları idi. Davudun dövründə onların nəslindən olan igid döyüşçülər iyirmi iki min altı yüz nəfər idi.


Rəbbin İsrailə qarşı qəzəbi alovlandı və onları basqınçılara təslim etdi. Basqınçılar da onları talan etdilər. Rəbb onları ətraflarındakı düşmənlərə verdi. İsrail övladları isə düşmən qabağında tab gətirə bilmədilər.


Ona görə də Rəbbin İsraillilərə qarşı qəzəbi alovlandı və dedi: «Madam ki bu millət Mənim atalarına əmr etdiyim əhdi pozub sözümə qulaq asmadı,


O vaxt padşah Yehoram Samariyadan çıxdı və bütün İsrailliləri topladı.


Aşerin nəslindən olan bu adamların hamısı nəsil başçıları, seçilmiş adamlar, igid döyüşçülər və baş rəislər idi. Onlardan döyüşə bilən adamlar nəsil şəcərələrinə görə iyirmi altı min nəfər idi.


Ancaq Xizqiya ona edilən yaxşılığın əvəzini ödəmədi. Çünki ürəyi qürurlanmışdı, buna görə də özünün, Yəhudanın və Yerusəlimin üzərinə Allahın qəzəbi gəldi.


跟着我们:

广告


广告