Biblia Todo Logo
在线圣经

- 广告 -




İKİNCİ ŞAMUEL 23:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Bütün yaramazlar tikanlar kimi atılacaq. Onlara heç kim əl vurmayacaq.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

6 Bütün yaramazlar tikanlar kimi atılacaq. Onlara heç kim əl vurmayacaq.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

6 Бүтүн јарамаэлар тиканлар кими атылаҹаг. Онлара һеч ким әл вурмајаҹаг.

参见章节 复制




İKİNCİ ŞAMUEL 23:6
12 交叉引用  

Ancaq, ey bəşər oğlu, sən qanqallar və tikanlar arasında olsan da, əqrəblər içində otursan da, o adamlardan qorxma, onların sözlərindən çəkinmə. Üsyankar bir xalq olsalar da, onların sözlərindən çəkinmə, onlardan qorxma.


Xalqlar yanıb kül olacaq, Kəsilib odda yandırılan tikanlı kollara oxşayacaq.


Mənim yarım qızlar arasındadır, Elə bil bir zanbaq tikanlar arasındadır.


Elə bu zamanlar Binyaminli Bikri oğlu Şeva adında yaramaz bir adam təsadüfən Qilqalda idi. O, şeypur çalıb dedi: «Bizim Davudla şərikliyimiz yoxdur. Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur! Ey İsraillilər, hərə öz çadırına!»


Elinin oğulları yaramaz adamlar idi.


sizin aranızdan yaramaz adamlar çıxıb “tanımadığınız yad allahların ardınca gedək və onlara sitayiş edək” deyərək şəhərlərində yaşayan xalqı azdırdıqlarını eşitsəniz,


O sənə tikan və qanqal bitirəcək, Sən də çöldəki ot-ələfi yeyəcəksən.


Bəşər Oğlu mələklərini göndərəcək, onlar da pis yola çəkən bütün şeyləri və qanunsuzluq edənləri Onun Padşahlığından toplayacaq


Mən qəzəblənmirəm, Kaş qarşıma tikan və qanqal çıxaydı, Onda onlara qarşı çıxıb döyüşərdim, Hamısını odda yandırardım.


Tikanlar kimi bir-birinə dolaşmışlar, Əyyaşlar kimi sərxoş olmuşlar, Quru küləş tək tamamilə yanacaqlar.


İndi isə budur, bax nə edəcəyini düşün, çünki ağamıza, onun bütün külfətinə qarşı pis qərar verilmişdir. Çünki Naval elə yaramaz insandır ki, ona kimsə söz deyə bilmir».


Bunların ən yaxşısı tikandan dəyərsizdir, Ən salehi də alaq otundan pisdir. Peyğəmbərlərin xəbərdarlıq etdiyi kimi Cəza günü gəldi. İndi siz çaşbaş qalmısınız.


跟着我们:

广告


广告