Biblia Todo Logo
在线圣经

- 广告 -




İKİNCİ ŞAMUEL 11:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Davud Yoavı, zabitlərini bütün İsrail ordusu ilə birlikdə müharibəyə göndərdi. Onlar Ammonluları qırıb Rabbanı mühasirəyə aldılar. Davud isə Yerusəlimdə qaldı.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

1 Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Davud Yoavı, zabitlərini bütün İsrail ordusu ilə birlikdə müharibəyə göndərdi. Onlar Ammonluları qırıb Rabbanı mühasirəyə aldılar. Davud isə Yerusəlimdə qaldı.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

1 Баһар ҝәләндә падшаһлар мүһарибәјә чыхан вахт Давуд Јоавы, эабитләрини бүтүн Исраил ордусу илә бирликдә мүһарибәјә ҝөндәрди. Онлар Аммонлулары гырыб Раббаны мүһасирәјә алдылар. Давуд исә Јерусәлимдә галды.

参见章节 复制




İKİNCİ ŞAMUEL 11:1
15 交叉引用  

Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Yoav ordusunu səfərə çıxardı. O, Ammonluların ölkəsini viran etdi və gəlib Rabbanı mühasirəyə aldı. Davud isə Yerusəlimdə qaldı. Yoav Rabbanı vurub dağıtdı.


Bahar gələndə Ben-Hadad Aramlıları topladı və İsraillilərlə vuruşmaq üçün Afeqə doğru getdi.


Həmin peyğəmbər İsrail padşahının yanına gəlib ona dedi: «Get özünü möhkəmləndir, gör ki, nə etməlisən. Çünki bahar gələndə Aram padşahı yenə sənin üstünə gələcək».


Sevməyin öz vaxtı, nifrət etməyin öz vaxtı. Müharibənin öz vaxtı, sülhün öz vaxtı.


Bahar gələndə Navuxodonosor onu Rəbbin məbədinin qiymətli əşyaları ilə birgə Babilə gətirtdi və Yehoyakinin qohumu Sidqiyanı Yəhuda və Yerusəlim üzərində padşah etdi.


Rafalılardan ancaq Başan padşahı Oq sağ qalmışdı. O, dəmir çarpayısında yatardı. Hələ Ammon övladlarının Rabba şəhərində olan bu çarpayının adi ölçüyə görə uzunluğu doqquz, eni isə dörd qulac idi.


Qılınc Ammon övladlarının Rabba şəhərinə, Yəhudaya və qalalı Yerusəlimə yönəlsin deyə yol hazırla.


O zaman Rəbb çıxıb müharibə günündə necə döyüşdüsə, eləcə o millətlərə qarşı döyüşəcək.


Filiştlilərin başçıları döyüşə çıxırdılar. Onlar hər dəfə döyüşə çıxanda Davud Şaulun əyanlarının hamısından daha çox uğur qazanırdı. Buna görə də onun adı çox şöhrətlənmişdi.


Ammonlular Aramlıların qaçdığını görəndə Avişayın qabağından qaçıb şəhərə girdilər. Ammonlular ilə döyüş qurtarandan sonra Yoav Yerusəlimə qayıtdı.


Bu səbəbdən də o günlər gəlir ki, Ammon övladlarının Rabba şəhərinə Döyüş nərələri eşitdirəcəyəm» Rəbb belə bəyan edir. «Rabba bir xarabalıq qalağı olacaq, Qəsəbələri yandırılacaq. Beləcə İsrail onu torpağından qovanları qovacaq» Rəbb belə deyir.


«Nalə çək, ey Xeşbon, Çünki Ay şəhəri viran oldu. Fəryad edin, ey Rabba qızları, Çula bürünüb yas tutun. Divarlar arasında ora-bura qaçın. Çünki Milkom kahinləri və başçıları ilə birlikdə Sürgünə gedəcək.


Buna görə də Rabbanın divarına od vuracağam ki, Oranın qalalarını yandırıb-yaxsın. Bu yer döyüş zamanı qışqırtı ilə, Qasırğa günü fırtına ilə dağılacaq.


跟着我们:

广告


广告