Biblia Todo Logo
在线圣经

- 广告 -




İKİNCİ SALNAMƏLƏR 30:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Çaparlar Efrayim və Menaşşe torpaqlarından Zevuluna qədər bu şəhərdən o şəhərə keçdi. Ancaq onlara güldülər və lağa qoydular.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

10 Çaparlar Efrayim və Menaşşe torpaqlarından Zevuluna qədər bu şəhərdən o şəhərə keçdi. Ancaq onlara güldülər və lağa qoydular.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

10 Чапарлар Ефрајим вә Менашше торпагларындан Эевулуна гәдәр бу шәһәрдән о шәһәрә кечди. Анҹаг онлара ҝүлдүләр вә лаға гојдулар.

参见章节 复制




İKİNCİ SALNAMƏLƏR 30:10
18 交叉引用  

Ancaq Rəbbin qəzəbi Öz xalqının üzərinə gəldi və onlara heç bir çarə tapılmadı, çünki Allahın elçilərini lağa qoydular, Onun sözlərinə xor baxdılar və peyğəmbərlərini təhqir etdilər.


Padşahın əmrinə görə çaparlar padşahın və rəislərin yazdığı məktublarla bütün İsrail və Yəhuda torpağını dolaşıb dedilər: «Ey İsrail övladları, İbrahimin, İshaqın və İsrailin Allahı Rəbbə qayıdın! O da sizə – Aşşur padşahlarının əlindən qaçıb qurtarmış, sağ qalan adamlarınıza tərəf qayıdacaq.


digərləri də təhqir olunub döyüldülər, habelə zəncirlərə və həbslərə məruz qaldılar;


Ölülərin dirilməsi ilə bağlı sözləri eşidən kimi bəziləri onu ələ saldı, kimisi də belə dedi: «Bu barədə səndən bir daha eşitmək istəyirik».


Camaat durub tamaşa edirdi. Onlarla birlikdə rəhbərlər də İsaya istehza edib deyirdilər: «Başqalarını xilas edirdi. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!»


Fariseylər pulpərəst olduqları üçün bütün bu sözləri eşidib İsaya istehza ilə baxdılar.


Onlarsa qızın öldüyünü bildiklərinə görə İsaya güldülər.


Mən dostlarımın gülüş hədəfi olmuşam, Vaxtı ilə Allaha yalvaranda mən də cavab almışam, Amma indi bir saleh, bir kamil insan gülünc olub.


Günlərim sürətlə qaçır, çapardan sürətlidir, Bir xeyir tapmadan qaçırlar.


Qasidlər padşaha xidmət edən çapar atlara mindirildi və padşahın əmri ilə tələsdirilərək tez yola salındı. Fərman Şuşan qalasında dəst-xətlə yazıldı.


Mordokay padşah Axaşveroşun adı ilə onun əmrini məktublara yazıb padşahın möhürlü üzüyü ilə möhürlədi. Padşah üçün bəslənən xüsusi çapar atlara minən qasidlərin əli ilə bu məktubları göndərdi.


Qasidlər padşahın əmri ilə cəld yola düşdü. Fərman Şuşan qalasında tərtib olundu. Padşahla Haman əyləşib şərab içərkən Şuşan şəhəri çaşbaş qalmışdı.


On ikinci ay olan Adar ayının on üçündə bütün Yəhudiləri – gəncləri, qocaları, körpə uşaqları və qadınları bir gündə qıraraq məhv edib kökünü kəsmək və mallarını talan etmək üçün qasidlərlə bütün vilayətlərə məktublar göndərildi.


Lakin Xoronlu Sanballat, Ammonlu məmur Toviya və Ərəb Geşem bundan xəbər tutanda bizə xor baxaraq ələ salıb dedilər: «Bu nə işdir tutursunuz? Yoxsa siz padşaha qarşı üsyan qaldırırsınız?»


Lut gedib qızlarını almaq istəyən kürəkənlərinə dedi: «Qalxıb bu yerdən çıxın, çünki Rəbb şəhəri məhv edəcək». Ancaq kürəkənləri güman etdilər ki, o zarafat edir.


Onlar baş kahin Xilqiyanın yanına gəldi. Bütün qalan İsraillilərin – Menaşşelilərin, Efrayimlilərin, bütün Yəhudalıların, Binyaminlilərin və Yerusəlimdə yaşayanların Allahın məbədinə gətirdikləri, astana keşikçisi olan Levililərin yığdıqları pulu


Padşah Sidqiya Yeremyaya dedi: «Xaldeylilərin tərəfinə keçən Yəhudilərdən qorxuram. Xaldeylilər məni onların əlinə verə bilər, onlar da mənimlə pis rəftar edər».


跟着我们:

广告


广告