Biblia Todo Logo
在线圣经

- 广告 -




İKİNCİ SALNAMƏLƏR 18:19 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

19 Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

19 Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

19 Рәбб деди: “Рамот-Ҝилеада ҝедиб һәлак олмасы үчүн Ахавы ким товлајаҹаг?” Бири елә деди, о бири белә.

参见章节 复制




İKİNCİ SALNAMƏLƏR 18:19
14 交叉引用  

Əgər peyğəmbər yoldan azıb bir söz söyləsə, bilin ki, o peyğəmbərin yoldan azmasına səbəb olan Mən Rəbbəm. Mən ona qarşı əlimi qaldıracaq və onu xalqım İsrailin arasından silib-atacağam.


Budur, odda kömürü körükləyən, Öz məqsədi üçün silah hazırlayan Dəmirçini Mən yaratdım. Məhv etmək üçün qırıcını da Mən yaratdım.


Kamil insanın yolunu salehliyi düz edər, Şər adamı pisliyi yıxar.


Qüdrət və hikmət Onundur, Aldadan da, aldanan da Onundur


Sən “Edomluları qırdım” deyərək ürəyin qürurlanıb, bununla öyünürsən. İndi öz evində otur. Nə üçün sən Yəhudalılarla birlikdə bəlaya düşmək üçün münaqişəyə atılırsan?»


Əgər getsən, tək get, döyüşdə cəsarətli ol, amma Allah səni düşmənin önündə büdrədəcək, çünki Allahda yardım etməyə və büdrətməyə qüdrət var».


Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə.


Gileadda olan Menaşşe oğlu Yairin kəndlərinin və Başanda olan Arqov ətrafında divarlar və tunc sürgülərlə bağlanmış altmış böyük şəhərin aid olduğu Ramot-Gilead bölgəsində Ben-Gever;


Mikeya dedi: «Onda Rəbbin sözünü eşit. Mən Rəbbi Öz taxtında oturmuş və bütün göylər ordusunu Onun sağında və solunda durmuş gördüm.


Bir ruh irəli çıxıb Rəbbin önündə dayandı və dedi: “Mən onu tovlayaram”. Rəbb ona dedi: “Necə?”


O dedi: “Mən çıxıb bütün peyğəmbərlərin ağzında yalançı bir ruh olaram”. Rəbb dedi: “Sən onu tovlayacaqsan, bunu bacarırsan, get və belə elə”».


跟着我们:

广告


广告