Biblia Todo Logo
在线圣经

- 广告 -




İKİNCİ SALNAMƏLƏR 13:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Onlar hər səhər-axşam Rəbbə yandırma qurbanları və xoş ətirli buxur yandırar, təmiz masa üzərində çörək təqdimi verər və hər axşam qızıl çıraqdanda çıraqları yandırar. Çünki biz Allahımız Rəbbin qoyduğu qaydalara əməl edirik, siz isə Onu tərk etdiniz.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

11 Onlar hər səhər-axşam Rəbbə yandırma qurbanları və xoş ətirli buxur yandırar, təmiz masa üzərində çörək təqdimi verər və hər axşam qızıl çıraqdanda çıraqları yandırar. Çünki biz Allahımız Rəbbin qoyduğu qaydalara əməl edirik, siz isə Onu tərk etdiniz.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

11 Онлар һәр сәһәр-ахшам Рәббә јандырма гурбанлары вә хош әтирли бухур јандырар, тәмиэ маса үэәриндә чөрәк тәгдими верәр вә һәр ахшам гыэыл чырагданда чыраглары јандырар. Чүнки биэ Аллаһымыэ Рәббин гојдуғу гајдалара әмәл едирик, сиэ исә Ону тәрк етдиниэ.

参见章节 复制




İKİNCİ SALNAMƏLƏR 13:11
20 交叉引用  

Mən Allahım Rəbbə təqdis etmək üçün Onun adına bir məbəd tikirəm ki, Onun önündə xoş ətirli buxur yandırmaq üçün, daimi təqdis çörəkləri üçün, səhər-axşam, Şənbə günlərində, Təzə Ay mərasimlərində və Allahımız Rəbbin bayramlarında yandırma qurbanları üçün olsun. Bunlar İsrail üçün əbədi qaydadır.


Daimi olaraq hər gün qurbangah üzərində birillik iki toğlu gətir.


Rəbbin məbədinə daxil olub buxur yandırmaq üçün kahinlik adətinə görə atılan püşk ona düşdü.


Bu bölgə Sadoq nəslindən təqdis olunmuş kahinlər üçün olacaq. Onlar buyruğumu yerinə yetirdi, İsrail xalqı yoldan azan zaman Levililər də yoldan azdı, ancaq onlar yoldan azmadı.


Ancaq İsrail Məni qoyub yoldan azdığı zaman Müqəddəs məkanımın xidmət vəzifəsini yerinə yetirən Sadoq nəslindən Levili kahinlər önümdə xidmət etmək üçün Mənə yaxınlaşacaq. Onlar piy və qan təqdim etmək üçün hüzuruma çıxacaq” Xudavənd Rəbb belə bəyan edir.


Müqəddəs şeylərim üzərində vəzifənizi yerinə yetirmədiniz. Müqəddəs məkanımda bu şeylərə nəzarət etməyi başqalarına tapşırdınız”.


Sonra Musa Haruna dedi: «Öz buxurdanını götür, içinə qurbangahdan közərmiş kömür və buxur qoy. Tez icmaya apar, onlar üçün kəffarə et, çünki Rəbb qəzəbini tökdü. Vəba başladı».


Ey Qorah və bütün yoldaşları, özünüz üçün buxurdanlar alın;


Bulud uzun müddət çadırın üzərində dayananda İsrail övladları Rəbbin buyruğuna riayət edərdilər.


Çünki İbrahim sözümə qulaq asıb Mənim buyruğuma, əmrlərimə, qaydalarıma və qanunlarıma əməl etdi».


Amma Rəbb Allahımız olduğuna görə biz Onu tərk etməmişik və bizdə Rəbbin xidmətində Harun nəslindən olan kahinlər və onlara kömək edən Levililər vardı.


Levililər isə Şəhadət məskəni ətrafında düşərgə salsınlar ki, İsrail icması Rəbbin qəzəbinə düçar olmasın. Levililər Şəhadət məskəninə cavabdeh olsunlar.


Süleyman Sur padşahı Xirama xəbər göndərib dedi: «Yaşamaq üçün özünə saray tiksin deyə atam Davuda sidr ağacları göndərdiyin kimi mənə də göndər.


qaydaya görə iç otağın önündə yandırmaq üçün xalis qızıldan çıraqdanlar və onların çıraqları;


跟着我们:

广告


广告