Biblia Todo Logo
在线圣经

- 广告 -




İKİNCİ PADŞAHLAR 24:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Çünki onun günahsız qan töküb Yerusəlimi qanla doldurmasını Rəbb bağışlamaq istəmədi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

4 Çünki onun günahsız qan töküb Yerusəlimi qanla doldurmasını Rəbb bağışlamaq istəmədi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

4 Чүнки онун ҝүнаһсыэ ган төкүб Јерусәлими ганла долдурмасыны Рәбб бағышламаг истәмәди.

参见章节 复制




İKİNCİ PADŞAHLAR 24:4
20 交叉引用  

Menaşşe Rəbbin gözündə pis olan işlər edərək Yəhudalılara etdirdiyi günahdan başqa çoxlu günahsız qan töküb Yerusəlimi başdan-başa qana buladı.


Bu sözlərdən ötrü onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Əti qanı ilə yeyirsiniz, bütlərinizə güvənirsiniz və qan tökürsünüz. Belə olduğu halda ölkəni mülk ala biləcəksinizmi?


Deyək: «Biz qanunsuzluq və üsyankarlıq etdik, Bunu bizə bağışlamadın».


Çünki onlar Məndən üz döndərdi, buranı yad bir ölkəyə çevirdi. Orada özlərinin, atalarının və Yəhuda padşahlarının tanımadıqları başqa allahlara buxur yandırdılar və bu yeri günahsız qanla doldurdular.


Sənin ətəklərin öldürdüyün Məzlum, günahsız adamların qanına bulaşıb, Halbuki onları oğurluq üstündə tutmadın. Hələ bununla belə,


Belə ki Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpaqda günahsız qan tökülməsin və həm də qan tökməkdə təqsirkar olmayasınız.


Beləcə olduğunuz ölkəni murdarlamayın. Çünki qan tökmək ölkəni murdar edər və ölkədə tökülən qanın əvəzi ancaq onu tökənin qanı ilə kəffarə oluna bilər.


«Yəhuda padşahı Menaşşe bu iyrənc işləri etməklə özündən əvvəlki Emorluların etdiklərindən də çox pislik etdi və bütləri ilə Yəhudalılara da günah etdirdi.


Yehoyaqimin qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.


Yəhuda padşahı Xizqiya oğlu Menaşşeyə, onun Yerusəlimdə etdiyi işlərə görə onları yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam”.


Ancaq sənin gözlərin və ürəyin Öz haram qazancında, Tökmək istədiyin günahsız qanda, Etmək istədiyin qəddarlıqda, Zorakılıqda qalıb».


“Bu şəhər tikildiyi vaxtdan indiyə qədər Məni o qədər qəzəbləndirdi ki, onu önümdən rədd edib atacağam.


Buna görə də Xudavənd Rəbb belə deyir: “Qan tökən şəhərin vay halına! Ora pas tutmuşdur, Öz pasından təmizlənməmiş qazana bənzəyir. Püşk atmadan əti parça-parça qazandan çıxarın.


Bu andın sözlərini eşidən zaman kimsə öz-özünə gözaydınlığı verib belə bir fikrə düşməsin: “Onsuz da salamat qalacağam, qoy kefim istəyən kimi yaşayım”. Bu fikir həm münbit torpağa, həm də quru torpağa bəla gətirər.


Ancaq Menaşşenin Rəbbi qəzəbləndirmək üçün etdiyi bütün əməllərindən ötrü Rəbb Yəhudalılara qarşı alovlanan böyük qəzəbindən dönmədi.


Təkəbbürlə baxan gözlər; Yalan danışan dil; Nahaq qan tökən əllər;


Ona söylə ki, Xudavənd Rəbb belə deyir: “Əcəli gəlsin deyə öz içində qan tökən bütlər düzəldərək özünü murdarlayan şəhər!


Mən də qəzəbi alovlandıraraq Qisas alınsın deyə Onun qanını çılpaq bir qayanın Üstünə tökdüm ki, örtülməsin”.


跟着我们:

广告


广告