Biblia Todo Logo
在线圣经

- 广告 -




ÇIXIŞ 7:23 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

23 Firon qayıdıb öz sarayına gəldi; bu işi də ürəyinə salmadı.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

23 Firon qayıdıb öz sarayına gəldi; bu işi də ürəyinə salmadı.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

23 Фирон гајыдыб өэ сарајына ҝәлди; бу иши дә үрәјинә салмады.

参见章节 复制




ÇIXIŞ 7:23
20 交叉引用  

Ordular Rəbbi deyir: «Əgər sözə qulaq asmasanız, adıma izzət verməyi ürəkdən istəməsəniz, üzərinizə lənət yağdırıb xeyir-dualarınızı lənətə çevirəcəyəm. Bəli, Mən onları lənətlədim. Çünki Məni izzətləndirməyi ürəkdən istəmirsiniz.


Baxın o biri millətlərə, Gördüklərinizə təəccüblənərək mat qalın. Sizin vaxtınızda elə işlər görəcəyəm ki, Bunu sizə danışsalar, inanmazsınız.


O adam mənə dedi: «Ey bəşər oğlu, gözünlə görüb, qulağınla eşit və sənə göstərəcəyim hər şeyə yaxşı-yaxşı bax. Ona görə buraya gətirildin ki, bunları sənə göstərim. Gördüyün hər şeyi İsrail nəslinə bildir».


Tumardakı bütün sözləri eşidən padşah və onun əyanları nə qorxuya düşdülər, nə də paltarlarını cırdılar.


Ya Rəbb, gözlərin həqiqətə tərəf yönəlməyibmi? Sən onları vurdun, Ancaq ağrı hiss etmədilər. Sən onları qırdın, Ancaq ibrət götürmədilər. Üzləri qayadan bərk olub, Dönmək istəmədilər.


Ya Rəbb, əlini qaldırdın, Amma pis adamlar bunu görmür. Öz xalqın üçün göstərdiyin qeyrəti görüb utansınlar. Bəli, düşmənlərin üçün yağdırdığın od onları məhv edəcək.


Məzəmmətlərə baxmayıb dikbaşlıq edən Birdən yıxılıb çarəsiz qalar.


Baxaraq ona diqqət yetirdim, Bundan ibrət götürdüm:


Qulağını aç, hikmətlilərin sözlərini eşit, Ürəyini mənim biliyimə ver.


İnsan nədir ki, onu bu qədər böyüdürsən, Qayğısını çəkirsən.


Ölüm ayağında ona kömək edən qadınlar dedilər: «Qorxma, bir oğlun oldu». O isə bunu əhəmiyyətsiz bir şey saydığı üçün cavab vermədi.


belə dedi: «Bu gün sizə bəyan etdiyim sözlərin hamısına ürəkdən bağlanın ki, övladlarınıza bu qanunun bütün sözlərinə diqqətlə əməl etməyi əmr edəsiniz.


Rəbbin sözünə etinasızlıq edənlər isə öz qul və heyvanlarını tarlada qoydular.


Amma Misir sehrbazları da öz sehrləri ilə belə etdilər. Rəbbin söylədiyi kimi fironun ürəyi inadkar oldu və onlara qulaq asmadı.


Bütün Misirlilər Nil çayı sahilində yer qazmağa başladılar ki, içməli su tapsınlar. Çünki çayın suyundan içə bilmirdilər.


Fironun əyanlarından bəzisi Rəbbin sözündən qorxub öz qul və heyvanlarını tələsik evlərinə gətirdi.


Həmişə Rəbdən qorxan bəxtiyardır, Ürəyi inadkar bəlaya düşər.


“Həmişə əbədi mələkə olacağam” deyə düşünürdün. Bunları ürəyinə gətirmirdin, sonu düşünmürdün.


跟着我们:

广告


广告