Biblia Todo Logo
在线圣经

- 广告 -




ÇIXIŞ 32:17 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

17 Yeşua xalqın səs-küyünü eşidərək Musaya dedi: «Düşərgədən müharibə səsi gəlir».

参见章节 复制

Azərbaycan Bibliyası 2008

17 Yeşua xalqın səs-küyünü eşidərək Musaya dedi: «Düşərgədən müharibə səsi gəlir».

参见章节 复制

МУГӘДДӘС КИТАБ

17 Јешуа халгын сәс-күјүнү ешидәрәк Мусаја деди: «Дүшәрҝәдән мүһарибә сәси ҝәлир».

参见章节 复制




ÇIXIŞ 32:17
20 交叉引用  

Musa köməkçisi Yeşua ilə Allahın dağına çıxmaq üçün qalxdı.


Musa Yeşuaya dedi: «Bizim üçün bir neçə adam seç, get Amaleqlilərlə döyüş. Sabah mən əlimdə Allahın əsası ilə təpənin başında dayanacağam».


Buna görə də Moava od yağdıracağam ki, Qeriyotun qalalarını yandırıb-yaxsın. Moav qışqırtı və şeypur səsi altında, Səs-küylə məhv olacaq.


Buna görə də Rabbanın divarına od vuracağam ki, Oranın qalalarını yandırıb-yaxsın. Bu yer döyüş zamanı qışqırtı ilə, Qasırğa günü fırtına ilə dağılacaq.


Ordular Rəbbi öz varlığına and içdi: «Səni çəyirtkə sürüsü ilə dolduran kimi Mütləq əsgərlərlə dolduracağam, Sənə qarşı zəfər nərəsi çəkəcəklər».


Şeypur çalınanda “hiaaa!” deyib kişnəyir, Döyüş qoxusunu, sərkərdələrin gurlayan səsini, Döyüşün nərəsini uzaqdan hiss edir.


İsraillilərlə Yəhudalılar isə qalxıb nərə çəkdilər və Filiştliləri Qatın girişinə və Eqronun darvazalarına çatana qədər qovdular. Filiştlilərdən ölənlər Şaarayim yolu boyu Qata və Eqrona qədər yerə sərilmişdilər.


Davud səhər tezdən durub qoyunlarını çobana tapşıraraq Yesseyin buyurduğu kimi ərzaqları götürüb getdi. O, ordugaha gələn zaman ordu döyüş meydanına çıxır və nərə çəkərək döyüşə düzülürdü.


Şimşon Lexiyə gələndə Filiştlilər onu bağıra-bağıra qarşıladılar və elə o anda Rəbbin Ruhu qüvvə ilə Şimşonun üstünə endi. Qollarına bağlanan ip alışıb-yanan kətan kimi qırılıb yerə töküldü.


Xalq çığırdı və kahinlər şeypur çaldılar. Xalq şeypur səsini eşidəndə ucadan çığırdı. Onda qala divarları yerə çökdü və xalqın hər biri dayandığı yerdən irəliləyərək şəhəri aldı.


Yeddinci dəfə dolanan zaman kahinlər şeypurları çalanda Yeşua xalqa dedi: «Çığırın, çünki Rəbb şəhəri sizə verdi.


Yeşua xalqa əmr edib dedi: «Sizə “çığırın” deyəcəyim günə qədər çığırmayın, səsinizi eşitdirməyin və ağzınızdan bir söz çıxartmayın, ancaq mən deyən vaxt çığırın».


Onlar qoç buynuzundan olan şeypuru uzun-uzadı çaldıqları və siz şeypurun səsini eşitdiyiniz vaxt bütün xalq gur səslə bağırsın. Onda şəhərin qala divarları yerə çökəcək və xalqın hər biri dayandığı yerdən şəhərə qalxsın».


Musa cavab verdi: «Bu qələbə çalanların nidası deyil, Məğlubiyyətə uğrayanların da səs deyil. Mən nəğmə səsi eşidirəm».


Ertəsi gün xalq səhər tezdən qalxıb yandırma qurbanları ilə ünsiyyət qurbanları kəsdi. Xalq oturub yeyib-içdi, sonra isə qalxıb oynaşdı.


Onlar Allahın işi idi; üzərindəki oyma yazılar Onun yazısı idi.


onun oğlu Nun, onun oğlu Yeşua.


跟着我们:

广告


广告