Biblia Todo Logo
在线圣经

- 广告 -




ÇIXIŞ 29:40 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

40 Birinci toğlu ilə birlikdə dörddə bir hin zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un və içmə təqdimi olaraq dörddə bir hin şərab gətir.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

40 Birinci toğlu ilə birlikdə dörddə bir hin zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un və içmə təqdimi olaraq dörddə bir hin şərab gətir.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

40 Биринҹи тоғлу илә бирликдә дөрддә бир һин эејтун јағы илә јоғрулмуш онда бир ефа нарын ун вә ичмә тәгдими олараг дөрддә бир һин шәраб ҝәтир.

参见章节 复制




ÇIXIŞ 29:40
34 交叉引用  

Lakin sizin imanınızın qurban və xidməti üzərinə içmə təqdimi kimi töküləcəyəmsə də, sevinirəm və hamınızın sevincinə şərikəm.


Kim bilir, bəlkə rəhm edib dönər? Sonra Allahınız Rəbbə Taxıl və içmə təqdimlərini verəsiniz deyə Sizə bərəkət verər.


Bununla yanaşı, hər səhər taxıl təqdimi olaraq efanın altıda biri qədər taxıl və narın unu islatmaq üçün bir hinin üçdə biri qədər zeytun yağı təmin et. Bu taxıl təqdiminin Rəbbə verilməsi daimi bir qayda olsun.


İsraildə keçirilən bütün bayramlarda – şənliklərdə, Təzə Ay mərasimlərində və Şənbə günlərində yandırma qurbanları, taxıl və içmə təqdimlərini təmin etmək rəhbərin işi olacaq. Günah qurbanını, taxıl təqdimini, yandırma qurbanını və ünsiyyət qurbanlarını rəhbər təmin edəcək ki, İsrail nəsli üçün kəffarə versin”.


Sizin payınız Vadinin hamar daşlarından düzələn bütlərdir. Onlardır, bəli, onlardır sizə nəsib olan. Onların qarşısında içmə təqdimi tökdünüz, Taxıl təqdimi gətirdiniz. Bunlara görə Mən təsəlli taparammı?


Toğlu ilə birlikdə taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş bir efanın onda ikisi olan miqdarda narın un gətirin. Bu, Rəbb üçün yandırma təqdimi – Onun xoşuna gələn ətirdir. İçmə təqdimi olaraq da bir hin şərabın dörddə birini gətirin.


Ey kahinlər, çul geyinərək yas tutun! Ey qurbangah xidmətçiləri, nalə çəkin! Ey Allahıma xidmət edənlər, Gəlin çulda gecələyin, Çünki Allahınızın evindən Taxıl təqdimi və içmə təqdimi yox oldu.


Rəbbin evindən Taxıl təqdimi və içmə təqdimi kəsildi, Rəbbə xidmət edən kahinlər yas tutur.


Bayramlarda və müqəddəs günlərdə buğa və qoç üçün taxıl təqdimi olaraq hərəsinə bir efa taxıl versin. Quzular üçün isə istədiyi qədər taxıl təmin edə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı versin.


Buğa və qoç üçün taxıl təqdimi olaraq hərəsinə bir efa taxıl təmin etsin. Quzular üçün istədiyi qədər taxıl təmin edə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı təmin etsin.


Qoç üçün veriləcək taxıl təqdimi bir efa olsun, quzular üçün isə istədiyi qədər taxıl təqdimi verə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı versin.


Taxıl təqdimi olaraq hər buğa və qoç üçün bir efa taxıl, hər efa üçün bir hin zeytun yağı təmin etsin.


Mən onları vəd etdiyim torpağa gətirəndə hər yüksək təpəni, hər qollu-budaqlı ağacı görüb qurbanlarını orada kəsdilər, Mənim qəzəbimə səbəb olan qurbanlarını orada təqdim etdilər, ətirli təqdimlərini orada qoydular və içmə təqdimlərini orada səpdilər.


Həmçinin suyu da ölçü ilə – bir hinin altıda biri qədər iç, onu da müəyyən vaxtlarda iç.


Qurbanlarının yağını yeyən, Hanı içmə təqdimlərini içən allahları? Qoy sizə kömək etmək üçün dursunlar, Pənahgahınız olsunlar.


Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.


Beləliklə, yeddi gün ərzində hər gün Rəbbin payını, Onun xoşuna gələn ətri – yandırma təqdimini verin. Bunu daimi yandırma qurbanı ilə içmə təqdiminə əlavə olaraq verin.


Daimi yandırma qurbanı və onun içmə təqdimindən başqa hər Şənbənin yandırma qurbanı olan təqdim budur.


Toğlu ilə birlikdə taxıl təqdimi olaraq dörddə bir hin çəkilmiş zeytun yağı ilə yoğrulmuş efanın onda biri narın un təqdim edin.


bu iş səhvən İsrail icması tərəfindən bilmədən edilirsə, onda bütün icma Rəbbin xoşuna gələn ətir olaraq qaydaya görə taxıl və içmə təqdimləri ilə birlikdə yandırma qurbanı olaraq bir buğa və günah qurbanı olaraq bir təkə gətirsin.


içmə təqdimi kimi hinin üçdə biri qədər şərab hazırlayın. Bunları Rəbbin xoşuna gələn ətir olaraq təqdim edin.


və beş yüz şekel Çin darçını, hər şey Müqəddəs yerdəki şekelə görə sayılsın; həm də bir hin zeytun yağı.


Bir omer efanın onda bir hissəsidir.


Yaqub Allahın onunla danışdığı yerdə bir sütun qoydu, üstünə içmə təqdimi səpdi və sonra üzərinə zeytun yağı tökdü.


Toğlunun birini səhər, digərini isə axşam təqdim et.


Axşamçağı təqdim etdiyin o biri toğlu ilə səhərki kimi taxıl təqdimi və içmə təqdimi gətir. Bu, Rəbbin xoşuna gələn ətirli təqdimdir.


Ertəsi gün səhər təqdim gətirilən zaman birdən Edom yolundan su gəldi və torpaq su ilə doldu.


Rəbbə təqdim olaraq şərab tökməyəcəklər, Qurbanları Ona məqbul olmayacaq. Qurbanlar onlara yas çörəyi olacaq, Onu yeyənlərin hamısı murdar olacaq. Çörəkləri özlərinə qismət olacaq, Amma Rəbbin evinə gətirilməyəcək.


Qoy bu od qurbangahda daima yansın və sönməsin.


Kahin Harun oğlu Eleazarın işi çıraq üçün zeytun yağına, ətirli buxura, daimi taxıl təqdimi və məsh yağına nəzarət etməkdir. O bütün məskənə və içində olan hər şeyə, müqəddəs yerlə avadanlığına nəzarət edəcəkdir.


跟着我们:

广告


广告