Biblia Todo Logo
在线圣经

- 广告 -




ÇIXIŞ 29:39 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

39 Toğlunun birini səhər, digərini isə axşam təqdim et.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

39 Toğlunun birini səhər, digərini isə axşam təqdim et.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

39 Тоғлунун бирини сәһәр, диҝәрини исә ахшам тәгдим ет.

参见章节 复制




ÇIXIŞ 29:39
15 交叉引用  

Padşah Axaz kahin Uriyaya əmr edib dedi: «Hər gün səhərin yandırma qurbanını, axşamın taxıl təqdimini, padşahın yandırma qurbanını və taxıl təqdimini, bütün ölkə xalqının yandırma qurbanını, taxıl təqdimini və tökmə təqdimini böyük qurbangahın üstündə yandır. Yandırma qurbanlarının və başqa qurbanların bütün qanını onun üstünə səp. Ancaq tunc qurbangah soraq etmək üçün mənim olacaq».


Xalqımızın on iki qəbiləsi də gecə-gündüz Allaha sidq ürəkdən ibadət edə-edə həmin şeyə ümid bəsləyir. Ey padşah, Yəhudilər məni bu ümidə görə ittiham edir.


Buxur yandırma zamanı bütün camaat məbəddən kənarda dua edirdi.


Onlar hər səhər-axşam Rəbbə yandırma qurbanları və xoş ətirli buxur yandırar, təmiz masa üzərində çörək təqdimi verər və hər axşam qızıl çıraqdanda çıraqları yandırar. Çünki biz Allahımız Rəbbin qoyduğu qaydalara əməl edirik, siz isə Onu tərk etdiniz.


Birinci toğlu ilə birlikdə dörddə bir hin zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un və içmə təqdimi olaraq dörddə bir hin şərab gətir.


Günorta keçincə, axşam qurbanı təqdim olunan vaxta qədər coşub dəlilik etdilər, ancaq nə bir səs-soraq verən, nə də bir qulaq asan var idi.


Ertəsi gün səhər təqdim gətirilən zaman birdən Edom yolundan su gəldi və torpaq su ilə doldu.


Sürgündən qayıdanların bu xəyanətinə görə İsrail Allahının sözlərindən lərzəyə gələnlərin hamısı yanıma yığıldı. Mən axşam qurbanı təqdim edilənə qədər çaşqın-çaşqın oturdum.


hələ dua edərkən əvvəl görüntüdə gördüyüm insana bənzər mələk Cəbrayıl axşam qurbanı verilən vaxt cəld uçaraq yanıma gəldi.


Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı bütün İsrail icmasının camaatı onu kəssin.


Süleyman Sur padşahı Xirama xəbər göndərib dedi: «Yaşamaq üçün özünə saray tiksin deyə atam Davuda sidr ağacları göndərdiyin kimi mənə də göndər.


跟着我们:

广告


广告