Biblia Todo Logo
在线圣经

- 广告 -




ÇIXIŞ 14:29 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

29 İsrail övladları isə dənizin ortasında quru yerdən keçib getmişdilər. Sular onlar üçün sağ və sol tərəfdə divar olmuşdu.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

29 İsrail övladları isə dənizin ortasında quru yerdən keçib getmişdilər. Sular onlar üçün sağ və sol tərəfdə divar olmuşdu.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

29 Исраил өвладлары исә дәниэин ортасында гуру јердән кечиб ҝетмишдиләр. Сулар онлар үчүн сағ вә сол тәрәфдә дивар олмушду.

参见章节 复制




ÇIXIŞ 14:29
19 交叉引用  

İsrail övladları dənizin ortasında quru yerdən keçdilər. Sular onlar üçün sağ və sol tərəfdən divar oldu.


Səni yaradan, göyləri sərən, Dünyanın təməlini qoyan Rəbbi necə unudursan? Səni məhv etmək niyyətində olan Zülmkarın qəzəbindən gün boyu, dayanmadan qorxursan. Bəs hanı zülmkarın qəzəbi?


Dənizi, dərin suları Sən qurutmadınmı? Satın alınan xalqının keçməsindən ötrü Dənizin dərinliklərini yola çevirən Sən deyildinmi?


Dərin sulardan keçsən belə, Mən səninlə olacağam, Çaylardan keçəndə batmayacaqsan, Odun içindən qaçsan belə, yanmayacaqsan, Alov səni məhv etməyəcək.


yuxarıdan axan sular çox uzaqda Sartan yanında olan Adam şəhərində yığın halında dayanıb qalxdı. Arava dənizinə, yəni Duz dənizinə axan sular tamamilə kəsildi. Xalq çayı Yerixonun qarşısından keçdi.


Qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, ata-babalarımızın hamısı bulud altında qorundu, hamısı da dənizdən keçdi.


Burnunun nəfəsi ilə sular toplanar, Yığılar bir yerə, axınlar dayanar, Dəniz qoynunda coşan sular qatılaşar.


Fironun atları, döyüş arabaları və süvariləri ilə birgə dənizə girəndə Rəbb dənizin sularını onların üzərinə geri qaytarmışdı. İsrail övladları isə dənizin ortasında quru yerdən keçmişdilər.


Rəbb Misirdəki dənizin körfəzini Büsbütün qurudacaq. Fərat çayının üzərində Əlini yellədərək səmum küləyi gətirəcək, O, çayı yeddi dərəyə böləcək, Adamlar oradan çarıqlarla keçə biləcək.


İlyas cübbəsini götürdü və onu büküb suya vurdu. Su iki yerə ayrıldı və onlar quru yerin üstündən keçdilər.


Atalarımızın qarşısında dənizi yardın və onlar dənizin ortasında quru yerdən keçib getdilər. Onları təqib edənləri isə dərinliklərə, coşğun sulara atılan bir daş kimi atdın.


Dənizi yarıb onları keçirmişdi, Suları divar kimi saxlamışdı.


跟着我们:

广告


广告