Biblia Todo Logo
在线圣经

- 广告 -




ZƏKƏRİYYƏ 9:13 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

13 Yəhudanı Özüm üçün kaman kimi çəkəcəyəm, Efrayimi ox kimi ona qoyacağam. Ey Sion, övladlarını Yunan övladlarının üstünə qaldıracağam. Səni bir döyüşçü qılıncı tək edəcəyəm.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

13 Yəhudanı Özüm üçün kaman kimi çəkəcəyəm, Efrayimi ox kimi ona qoyacağam. Ey Sion, övladlarını Yunan övladlarının üstünə qaldıracağam. Səni bir döyüşçü qılıncı tək edəcəyəm.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

13 Јәһуданы Өэүм үчүн каман кими чәкәҹәјәм, Ефрајими ох кими она гојаҹағам. Еј Сион, өвладларыны Јунан өвладларынын үстүнә галдыраҹағам. Сәни бир дөјүшчү гылынҹы тәк едәҹәјәм.

参见章节 复制




ZƏKƏRİYYƏ 9:13
31 交叉引用  

Onlar Quzu ilə döyüşəcəklər, lakin Quzu onlara qalib gələcək. Çünki O, ağaların Ağası, padşahların Padşahıdır və Onunla birgə olanlar da çağırılmış, seçilmiş və sadiq şəxslərdir».


Ağzımı iti qılınc kimi etdi, O məni əlinin kölgəsində gizlətdi. O məni iti ox edib Öz oxdanında saxladı.


Mən «Bunlar nə etməyə gəlir?» deyə soruşdum. O dedi: «Bu buynuzlar Yəhudanı elə dağıtdı ki, heç kəs başını qaldıra bilmədi. Bu ustalar da Yəhuda ölkəsini dağıtmaq üçün buynuz qaldıran millətləri dəhşətə gətirib buynuzlarını yerə çalmağa gəldi».


Başqaları isə atın belində oturan Süvarinin ağzından çıxan qılıncla həlak oldu. Bütün quşlar da onların ətini yeyib doydu.


Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq.


Berqamada olan cəmiyyətin mələyinə yaz: İkiağızlı iti qılıncı Olan belə deyir:


O, sağ əlində yeddi ulduz tutmuşdu, ağzından ikiağızlı iti bir qılınc çıxırdı; Onun üzü tam qüvvəsi ilə parlayan günəşə bənzəyirdi.


Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir.


Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım.


Xilas dəbilqəsini və Ruhun qılıncını, yəni Allahın kəlamını götürün.


Xalqı qurtaranlar Sion dağına çıxıb Esav dağına hökm edəcək: Rəbb səltənət sürəcək».


Oğullarınızdan peyğəmbərlər, Cavanlarınızdan Nəzirilər təyin etdim. Ey İsraillilər, bu belə deyilmi?” Rəbb bəyan edir.


Sion övladları tərəziyə qoyulanda Saf qızıldan da qiymətli idi. İndi isə onlar saxsı qablara, Dulusçunun əl işinə bərabər olublar.


«Sən mənim toppuzum, döyüş silahımsan, Səninlə millətləri qırıram, Səninlə padşahlıqları məhv edirəm.


跟着我们:

广告


广告