Biblia Todo Logo
在线圣经

- 广告 -




ZƏKƏRİYYƏ 7:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 «Ordular Rəbbi belə deyir: “Düzgün və ədalətlə mühakimə edin. Hər kəs bir-birinə məhəbbət və mərhəmət göstərsin.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

9 «Ordular Rəbbi belə deyir: “Düzgün və ədalətlə mühakimə edin. Hər kəs bir-birinə məhəbbət və mərhəmət göstərsin.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

9 «Ордулар Рәбби белә дејир: “Дүэҝүн вә әдаләтлә мүһакимә един. Һәр кәс бир-биринә мәһәббәт вә мәрһәмәт ҝөстәрсин.

参见章节 复制




ZƏKƏRİYYƏ 7:9
30 交叉引用  

Ey insan, Allah sənə yaxşı olanı bildirdi; Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, İtaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki?


Rəbb Ona qurban təqdimindən çox Salehliyə, ədalətə riayət edilməsini istər.


Əgər yollarınızı və əməllərinizi tamamilə islah etsəniz, bir-birinizlə, həqiqətən, ədalətlə rəftar etsəniz,


Ey Davud nəsli, Rəbb belə deyir: “Hər səhər ədalətlə rəftar edin, Məzlumu zalımın əlindən qurtarın. Yoxsa pis əməllərinizə görə Qəzəbim od kimi çıxıb yandıracaq, Onu söndürən olmayacaq”.


«Qanunumuza görə, bir adama qulaq asmadan və nə etdiyini bilmədən onu mühakimə etmək doğrudurmu?»


Vay halınıza, ey fariseylər! Çünki siz nanə, sədəfotu və hər cür göyərtinin onda birini verirsiniz, lakin ədalətə və Allah məhəbbətinə etinasızlıq göstərirsiniz. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.


Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda birini verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.


Yerusəlim əmin-amanlıq içində yaşayarkən, ətrafındakı şəhərlər, Negev və yamaclı-düzənlikli bölgədə insanlar sakin olarkən Rəbb indi dediyi bu sözləri əvvəlki peyğəmbərlər vasitəsilə söyləməmişdimi?»


Lakin qoy ədalət sular kimi tökülsün, Salehlik davamlı sel kimi axsın!


Xudavənd Rəbb belə deyir: “Ey İsrail rəhbərləri, artıq bəsdir! Zorakılıqdan və ziyankarlıqdan əl çəkin, ədalətli və saleh əməllər edin. Xalqımı öz torpaqlarından qovmayın” Xudavənd Rəbb belə bəyan edir.


Ancaq onlara bunu əmr edib dedim: ‹Sözümə qulaq asın. Onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım olacaqsınız. Hər barədə sizə əmr etdiyim yolla gedin ki, uğur qazanasınız›.


Məhkəmədə haqsızlıq etməyin. Nə yoxsula üstünlük ver, nə də varlıya meyl sal, amma bir-birinizi ədalətlə mühakimə edin.


Zahirə görə mühakimə etməyin, ədalətlə mühakimə edin».


Soydaşının itmiş öküz və ya qoyununu görsən, özünü görməməzliyə vurma. Mütləq öküzü və ya qoyunu soydaşına geri qaytarmalısan.


Davud ona dedi: «Qorxma, atan Yonatanın xatirinə mütləq sənə yaxşılıq edəcəyəm və baban Şaulun bütün torpağını sənə qaytaracağam. Sən həmişə mənim süfrəmdə yemək yeyəcəksən».


İnsan Külli-İxtiyarın qorxusundan vaz keçsə belə, Çarəsiz qalanda ona dostun sədaqəti gərəkdir.


Rəbb belə deyir: “Ədalət və salehliklə rəftar edin. Məzlumu zalımın əlindən qurtarın. Qəribə, yetimə və dul qadına haqsızlıq etməyin, zorakılıq etməyin, bu yerdə günahsız qan tökməyin.


Sələmlə borc pul vermirsə, Müamilə götürmürsə, Pis əməldən çəkinirsə, İki adam arasında ədalətlə mühakimə edirsə,


Zəkəriyyəyə Rəbbin bu sözü nazil oldu:


Qoyunlarımın yunu ilə onları isitməmişəmsə, Onlar da mənə ürəkdən alqış etməyiblərsə,


Efrayim tacirdir, Əlindəki aldadıcı tərəzi ilə Aldatmağı sevir.


跟着我们:

广告


广告