Biblia Todo Logo
在线圣经

- 广告 -




ZƏKƏRİYYƏ 12:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 «Bax Yerusəlimi ətrafındakı bütün xalqları səndələdən şərab dolu kasa edəcəyəm. Yerusəlim kimi Yəhuda da mühasirəyə alınacaq.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

2 «Bax Yerusəlimi ətrafındakı bütün xalqları səndələdən şərab dolu kasa edəcəyəm. Yerusəlim kimi Yəhuda da mühasirəyə alınacaq.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

2 «Бах Јерусәлими әтрафындакы бүтүн халглары сәндәләдән шәраб долу каса едәҹәјәм. Јерусәлим кими Јәһуда да мүһасирәјә алынаҹаг.

参见章节 复制




ZƏKƏRİYYƏ 12:2
15 交叉引用  

Yəhudalılar da Yerusəlimdə vuruşacaq. Ətrafdakı bütün millətlərin sərvəti, çoxlu miqdarda qızıl, gümüş və paltar toplanacaq.


Oyan, oyan, qalx ayağa, ey Yerusəlim! Sən ki Rəbbin əlindən Qəzəb kasasını alıb içdin. Sərxoşluq kasasını axıra qədər boşaltdın.


O nə etdisə, Siz də əvəzində ona belə edin. Əməllərinin əvəzini ona ikiqat verin. Tökdüyü kasadakı şərabın İkiqatını töküb ona verin.


Böyük şəhər üç yerə bölündü və millətlərin şəhərləri dağıldı. Allah tərəfindən böyük Babil yada salındı ki, Allahın şiddətli qəzəb şərabı ilə dolu kasa ona verilsin.


o da Allahın qəzəb kasasına qarışıqsız tökülmüş coşğun şərabından içəcək. Belələrinə müqəddəs mələklərin və Quzunun önündə od və kükürdlə işgəncə veriləcək.


Hörmət əvəzinə xəcalətlə doyacaqsan, Sən də iç, çılpaqlığını göstər; Rəbbin sağ əlindəki cam Sənin üzərində fırlanacaq. Rüsvayçılıq hörmətin üzərinə gələcək.


Babil başçılarını, müdriklərini, Valilərini, vəkillərini, döyüşçülərini Elə sərxoş edəcəyəm ki, Əbədi yuxuya dalacaq, Heç vaxt oyanmayacaqlar» Adı Ordular Rəbbi olan Padşah belə bəyan edir.


Babil Rəbbin əlində bir qızıl kasa idi, Bütün dünyanı sərxoş edirdi. Millətlər onun şərabını içdi, Ona görə də çılğınlaşdı.


Rəbb belə deyir: «Layiq olmayanlar da cəza kasası içmək məcburiyyətində ikən sənmi cəzasız qalacaqsan? Yox, cəzasız qalmayacaqsan, mütləq bu kasadan içəcəksən».


Onda mən kasanı Rəbbin əlindən aldım və Onun məni yanlarına göndərdiyi bütün millətlərə içirtdim.


Bəli, İsrailin Allahı Rəbb mənə belə dedi: «Budur, qəzəbimlə dolu bir şərab kasası! Onu əlimdən al və səni yanına göndərəcəyim bütün millətlərə içirt.


«Nə üçün yerimizdə oturmuşuq? Yığılın, gedib qalalı şəhərlərə girək, Orada həlak olaq, Çünki Allahımız Rəbb Bizi ölümə təslim etdi, Bizə zəhərli su içirdi, Ona görə ki Rəbbə qarşı günah etdik.


Mən bütün millətləri Yerusəlimə qarşı müharibə etmək üçün toplayacağam. Şəhər ələ keçiriləcək, evlər qarət ediləcək, qadınlara təcavüz ediləcək. Şəhər əhalisinin yarısı sürgünə göndəriləcək, amma qalanların şəhərdən kökü kəsilməyəcək.


跟着我们:

广告


广告