Biblia Todo Logo
在线圣经

- 广告 -




ZƏKƏRİYYƏ 10:12 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

12 Onları Rəbdə qüvvətləndirəcəyəm, Onlar da Rəbbin adı ilə yaşayacaq» Rəbb belə bəyan edir.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

12 Onları Rəbdə qüvvətləndirəcəyəm, Onlar da Rəbbin adı ilə yaşayacaq» Rəbb belə bəyan edir.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

12 Онлары Рәбдә гүввәтләндирәҹәјәм, Онлар да Рәббин ады илә јашајаҹаг» Рәбб белә бәјан едир.

参见章节 复制




ZƏKƏRİYYƏ 10:12
18 交叉引用  

Qorxma, çünki Mən səninləyəm, Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə Sənə dayaq olacağam.


Yəhuda nəslini qüvvətləndirəcəyəm, Yusif xalqını qurtaracağam. Sürgündən geri qaytaracağam, Çünki onlara acıyıram. Elə edəcəyəm ki, sanki onları Heç əvvəlcədən rədd etməmişəm. Çünki Mən onların Allahı Rəbbəm, Onlara cavab verəcəyəm.


Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək.


Sənsə, ey oğlum, Məsih İsada olan lütflə güclən.


Bütün xalqlar, Öz allahlarının adı ilə getsələr belə, Biz daim və əbədi Allahımız Rəbbin adı ilə gedirik.


Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin.


Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün.


Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır.


Mənim üçün belə deyəcəklər: “Salehlik və qüvvət yalnız Rəbdədir. Ona qarşı qəzəblənənlər hüzuruna gəlib utanacaqlar.


O mənə dedi: “Önündə davrandığım Rəbb səninlə Öz mələyini göndərəcək, yolun uğurlu olacaq və qohumlarımın arasından – atamın evindən oğluma bir arvad alacaqsan.


Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.


Onda Yəhuda başçıları ürəklərində deyəcək: “Özlərinin Allahı Ordular Rəbbinin ucbatından Yerusəlimdə yaşayanlar mənim üçün qüvvə olub”.


O, Allahla bir yol getdi. Sonra qeyb oldu, çünki Allah onu Öz yanına götürdü.


Qardaşlar, necə həyat sürmək və Allahı razı salmaq barədə bizdən təlimat aldınız. Nəhayət, Rəbb İsa naminə sizdən xahiş edir və yalvarırıq ki, belə həyat sürməkdə daha çox inkişaf edin.


Sizə öyüd verdik, ruhlandırdıq və yalvardıq ki, Öz Padşahlığına və izzətinə çağıran Allaha layiq şəkildə həyat sürəsiniz.


Babil padşahının qoluna güc verəcək, qılıncımı onun əlinə verəcəyəm. Fironun isə qollarını qıracağam. O, Babil padşahının önündə ağır yaralı kimi inildəyəcək.


跟着我们:

广告


广告