Biblia Todo Logo
在线圣经

- 广告 -




ZƏKƏRİYYƏ 1:17 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

17 Sən bir daha müraciət edib söylə ki, Ordular Rəbbi belə deyir: “Şəhərlərim yenə bolluqla dolub-daşacaq. Rəbb Siona yenə təsəlli verəcək, Yenə Yerusəlimi seçəcək”».

参见章节 复制

Azərbaycan Bibliyası 2008

17 Sən bir daha müraciət edib söylə ki, Ordular Rəbbi belə deyir: “Şəhərlərim yenə bolluqla dolub-daşacaq. Rəbb Siona yenə təsəlli verəcək, Yenə Yerusəlimi seçəcək”».

参见章节 复制

МУГӘДДӘС КИТАБ

17 Сән бир даһа мүраҹиәт едиб сөјлә ки, Ордулар Рәбби белә дејир: “Шәһәрләрим јенә боллугла долуб-дашаҹаг. Рәбб Сиона јенә тәсәлли верәҹәк, Јенә Јерусәлими сечәҹәк”».

参见章节 复制




ZƏKƏRİYYƏ 1:17
33 交叉引用  

Həqiqətən, Rəbb Siona və onun xarabalıqlarına təsəlli verəcək. Səhralarını Edenə, çöllərini Rəbbin bağına döndərəcək. Orada sevinc və şadlıq tapacaqlar, Şükürlər, ilahilər oxunacaq.


Rəbb müqəddəs torpaqda Yəhudanı Öz payı olaraq mülk alacaq, Yenə Yerusəlimi seçəcək.


Rəbb Yaqub nəslinə rəhm edəcək, İsrail xalqını yenə seçib torpaqlarına sakin edəcək, Yadellilər də Yaqub nəslinə qoşulacaq, onlarla birləşəcək.


Xalahda olan İsrail sürgünləri Kənanın Sarfata qədər uzanan torpaqlarını, Sefaradda olan Yerusəlim sürgünləri Negev şəhərlərini zəbt edəcək.


Xudavənd Rəbb belə deyir: “Sizi bütün təqsirlərinizdən təmizlədiyim vaxt şəhərləri məskunlaşdıracaq, xaraba yerləri abad edəcəyəm.


Övladına təsəlli verən bir ana tək Mən sizə təsəlli verəcəyəm. Yerusəlimdə təsəlli tapacaqsınız.


Bir anlığa qızğın qəzəblə səndən üzümü döndərdim, Lakin əbədi məhəbbətimlə sənə rəhm edəcəyəm». Bunu səni Satınalan, Rəbb deyir.


Ey Yerusəlim xarabalıqları, Şənlik edin, birlikdə mədh oxuyun, Çünki Rəbb xalqına təsəlli verdi, Yerusəlimi satın aldı.


Qulunun sözlərini icra edən, Elçilərinin sözlərini gerçək edən, Yerusəlim üçün “burada sakinləri təzədən məskunlaşacaq”, Yəhuda şəhərlərinə “bunlar yenidən qurulacaq, Xarabalıqları yenidən bərpa edəcəyəm” deyən Rəbb Mənəm.


İsraillilərin, kahinlərin, Levililərin yerdə qalanları bütün Yəhuda şəhərlərində yaşayırdı. Hər kəs öz mülkündə yaşayırdı.


İndi isə adım orada olsun deyə Yerusəlimi seçmişəm və xalqım İsrail üzərində hökmdar olmaq üçün Davudu seçmişəm”.


O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki, biz məhəbbətdə Onun qarşısında müqəddəs və nöqsansız olaq.


Rəbb Şeytana dedi: «Rəbb səni məzəmmət etsin, ey Şeytan, Yerusəlimi seçən Rəbb səni məzəmmət etsin. Bu adam oddan çıxarılmış, yarısı yanmış odun parçasına bənzəmirmi?»


Xalqım İsraili əsirlikdən qaytaracağam, Viran şəhərləri tikib məskən salacaqlar. Üzümlüklər əkib şərabını içəcəklər, Bağlar salıb meyvəsindən yeyəcəklər.


Dağlıq bölgənin, yamaclı-düzənlikli bölgənin, Negev, Binyamin bölgəsinin şəhərlərində, Yerusəlimin ətrafındakı kəndlərdə, Yəhuda şəhərlərində sürülər yenə çoban dəyənəyinin altından keçəcək” Rəbb belə deyir.


O zaman bakirə qız, cavan və qoca kişilər Birlikdə rəqs edib sevinəcək, Mən onların yasını şadlığa çevirəcəyəm, Sevincə çevirəcəyəm. Kədərlərinə təsəlli verib Onları sevindirəcəyəm.


Rəbb deyir: «Sizə təsəlli verən Mənəm, Mən! Fani insandan, ot kimi solan bəşər oğlundan qorxan Gör sən kimsən?


Tərənnüm edin, ey göylər, Ey yer üzü, fərəhlən! Ey dağlar, sevinc nidalarına qoşulun! Çünki Rəbb xalqına təsəlli verəcək, İztirab çəkənlərinə rəhm edəcək.


Yerusəlimdə yerləşən vilayət başçıları bunlardır. Ancaq bəzi İsraillilər, kahinlər, Levililər, məbəd qulluqçuları və Süleymanın əyanlarının oğulları Yəhuda şəhərlərində, hər kəs öz şəhərindəki mülkündə yerləşdi.


Mənimlə danışan mələk mənə dedi: «Müraciət edib söylə ki, Ordular Rəbbi belə deyir: “Yerusəlim və Sion üçün böyük qısqanclıq duyuram.


Sonra başımı qaldırıb baxdım və dörd buynuz gördüm.


və ona dedi: «Qaç, o cavana söylə ki, içində adamlar Və heyvanlar çox olduğu üçün Yerusəlim divarsız bir şəhər olacaq.


Dünyanın bütün millətlərinin önündə bu şəhər Mənim üçün sevinc, tərif və şərəf mənbəyinə çevriləcək. Bu millətlər Yerusəlim xalqına etdiyim yaxşılıqları, verdiyim əmin-amanlığı görəndə qorxuya düşüb titrəyəcək”.


跟着我们:

广告


广告