Biblia Todo Logo
在线圣经

- 广告 -




YUNUS 2:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 «Əzab içində Rəbbi çağırdım, O mənə cavab verdi. Ölülər diyarının bağrından fəryad etdim, Sən mənim səsimi eşitdin.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

2 «Əzab içində Rəbbi çağırdım, O mənə cavab verdi. Ölülər diyarının bağrından fəryad etdim, Sən mənim səsimi eşitdin.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

2 «Әэаб ичиндә Рәбби чағырдым, О мәнә ҹаваб верди. Өлүләр дијарынын бағрындан фәрјад етдим, Сән мәним сәсими ешитдин.

参见章节 复制




YUNUS 2:2
26 交叉引用  

Məsih yer üzündə cisimdə olduğu günlərdə Onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi.


Davudun ürəyi çox sıxılırdı, çünki xalq «onu daşlayaq» deyirdi. Ona görə ki camaatın hər birinin oğul və qızından ötrü canı yanırdı. Lakin Davud Allahı Rəbdən qüvvət aldı.


Çünki Yunus üç gün-üç gecə nəhəng balığın qarnında necə qalmışdısa, Bəşər Oğlu da üç gün-üç gecə yerin bağrında elə qalacaq.


İsa dəhşətli iztirab içində daha səylə dua edirdi. Onun təri yerə düşən qan damlalarına bənzəyirdi.


Yerin altındakı ölülər diyarı sənə “xoş gəldin” deyib, Səni qarşılamağa can atır, ey Babil padşahı! Yer üzünün ölən bütün başçıları Sənin gəlişindən həyəcanlanır, Millətlərin bütün keçmiş padşahları Taxtlarından ayağa qalxır.


Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını çürüməyə qoymazsan.


Kənizini pis qadın sanma. Bu yalvarışım indiyədək çəkdiyim böyük qayğı və əziyyətə görədir».


Ya Rəbb, ismini O quyunun dibindən səslədim.


qəbirə enənlərlə birgə qədim zamanlarda yaşayanların yanına endirəcəyəm. Sənin üçün qəbirə enənlərlə birgə qədim xarabalıqlar kimi yer üzünün dərinliklərində məskən quracağam ki, bir daha qayıtmayasan və Mən sənə dirilər arasında izzət verməyim.


Bu ona görə oldu ki, bir daha suların yaxınlığında bitən heç bir ağac boy-buxun atmasın, başını buludlara çatdırmasın, bol su içən heç bir ağac bu qədər yüksəlməsin. Çünki onların hamısı qəbirə enən insanlarla birgə ölümə – yerin dərinliklərinə təslim edildi”.


O bu kədərində Allahı Rəbbə yalvardı və atalarının Allahı önündə özünü çox aşağı tutdu,


Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.


跟着我们:

广告


广告