Biblia Todo Logo
在线圣经

- 广告 -




YOEL 2:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Önlərindəki hər şeyi od yandırıb-yaxır, Arxada qalanları alov qovurur. Önlərindəki Eden bağına bənzər yerdir, Arxalarında olansa izsiz bir səhradır, Heç nə onlardan qaçıb qurtara bilmir.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

3 Önlərindəki hər şeyi od yandırıb-yaxır, Arxada qalanları alov qovurur. Önlərindəki Eden bağına bənzər yerdir, Arxalarında olansa izsiz bir səhradır, Heç nə onlardan qaçıb qurtara bilmir.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

3 Өнләриндәки һәр шеји од јандырыб-јахыр, Архада галанлары алов говурур. Өнләриндәки Еден бағына бәнэәр јердир, Архаларында оланса иэсиэ бир сәһрадыр, Һеч нә онлардан гачыб гуртара билмир.

参见章节 复制




YOEL 2:3
21 交叉引用  

Həqiqətən, Rəbb Siona və onun xarabalıqlarına təsəlli verəcək. Səhralarını Edenə, çöllərini Rəbbin bağına döndərəcək. Orada sevinc və şadlıq tapacaqlar, Şükürlər, ilahilər oxunacaq.


Sonra Rəbb Allah şərqdə yerləşən Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi.


Onları qasırğa kimi tanımadıqları millətlərin arasına səpələdim. Arxada qoyduqları torpaq elə viran qaldı ki, oraya gedib-gələn olmadı. Gözəl torpaq xaraba qaldı”».


Çəyirtkələr bütün yer üzünü elə bürüdü ki, torpaq görünmürdü. Onlar ölkənin bütün bitkilərini və dolu yağandan sonra qalan bütün meyvələrini yedilər; bütün Misir torpağında nə ağaclarda, nə də çöllüklərdə heç bir yaşıllıq qalmadı.


Çəyirtkələr yer üzünü elə örtəcək ki, torpağı görmək olmayacaq. Dolu yağandan sonra sizə qalan şeyləri də onlar yeyəcəklər; tarladakı ağaclarınızın verdiyi zoğları da yeyəcəklər.


Sonra Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, Xudavənd Rəbb cəza vermək üçün alov çağırdı. Alov dənizləri dibindən udaraq torpağı da yandırıb-yaxmaq üzrə olanda


Onlar sənin məhsul və çörəyini yeyəcək. Oğul və qızlarını yeyəcək, Sürü və naxırlarını yeyəcək, Meynə və əncir ağaclarını yeyəcək. Güvəndiyin qalalı şəhərləri Qılıncla dağıdacaq».


Lut başını qaldırıb İordan çayının kənarındakı düzənliyi gördü. O vaxt bu yer Misir torpağı kimi bütünlüklə Soara qədər suvarılırdı və Rəbbin bağı kimi idi. Rəbb hələ Sodom və Homorranı məhv etməmişdi.


Ona görə pislik alovlanıb-yanır, Tikanla qanqalı yandırıb-yaxır, Meşədəki kolluqlar məhv olur, Tüstü sütunları qalxır.


Ordular Rəbbinin qəzəbi Ölkəni od kimi yandırdı, Xalqı alov yandırıb-yaxır, Qardaş qardaşa rəhm etmir.


Yer üzünü səhraya çevirən, Şəhərlərini yerlə yeksan edən, Dustaqları evlərinə buraxmayan adam bu deyilmi?”


Nimrim suları quruduğu üçün ot soldu, Bitkilər qalmadı, artıq göy-göyərti yox oldu.


Onda deyəcəklər: ‹Viran olan bu torpaq Eden bağı kimi oldu. Xaraba və viran qalmış, dağıdılmış şəhərlərin istehkamları tikildi, onların içində adamlar yaşayır›.


Çəyirtkələr tarlanı nə cür talan edirlərsə, Ey millətlər, qənimətiniz də o cür talan olacaq. Malınızın üstünə çəyirtkə yığını kimi cumacaqlar.


Budur, Mən amansız və qəddar milləti – Dünyanın dörd tərəfinə yüyürən, Özgə məskənləri zəbt edən Xaldeyliləri qaldırıram.


跟着我们:

广告


广告