Çünki Rəbb Perasim dağında etdiyi kimi qalxacaq, Giveon vadisindəki kimi qəzəblənəcək. O Öz işini, qeyri-adi işini yerinə yetirəcək! Öz əməlini, naməlum əməlini həyata keçirəcək.
Efrayimin dağlıq bölgəsində yerləşən Ramatayim-Sofim şəhərində Elqana adlı bir adam yaşayırdı. O, Efrayim sakini olub Suf tayfasından – Suf oğlu Toxu oğlu Elihu oğlu Yeroxamın oğlu idi.
O vaxt onun özü və xalqı çox qorxdu, çünki Giveon şəhəri padşah şəhərlərindən biri kimi böyük bir şəhər idi. Giveon Ay şəhərindən də böyük idi və oranın adamları igid idi.
Şaul oğlu İş-Boşetin dəstə başçısı olan iki adamı var idi. Bunlar Binyamin övladlarından olan Beerotlu Rimmonun oğulları olub, birinin adı Baana, o birinin adı isə Rekav idi. Beerot da Binyaminin bir hissəsi sayılır.
Ertəsi gün onlar sübh tezdən qalxıb Rəbbə səcdə qılandan sonra Ramadakı evlərinə qayıtdılar. Elqana arvadı Xanna ilə yaxınlıq etdi və Rəbb də Xannanı yada saldı.