Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 9:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Çünki onlara yük olan boyunduruğunu, Çiyinlərini döyən çomağını, Onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən Midyanlıların başlarına gətirdiyin gün kimi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

4 Çünki onlara yük olan boyunduruğunu, Çiyinlərini döyən çomağını, Onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən Midyanlıların başlarına gətirdiyin gün kimi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

4 Чүнки онлара јүк олан бојундуруғуну, Чијинләрини дөјән чомағыны, Онлара эүлм едәнләрин дәјәнәјини чилик-чилик етмисән Мидјанлыларын башларына ҝәтирдијин ҝүн кими.

参见章节 复制




YEŞAYA 9:4
24 交叉引用  

Ölkəmdə Aşşurluları məhv edəcəyəm, Dağlarımda onları tapdalayacağam. Xalqım Aşşurun boyunduruğundan, Çiyinlərindəki yükündən qurtulacaq.


Ordular Rəbbi bəyan edir: “O gün boynundakı boyunduruğu qıracaq, iplərini qoparacağam. Bundan sonra yadellilər onları özlərinə qul etməyəcək.


İndi boyunduruğunu parçalayıb, Qandallarını qıracağam».


Salehliyində möhkəmlənəcəksən, Zülmdən uzaq olacaqsan, qorxmayacaqsan. Qorxu hissi səndən uzaq olacaq, sənə yaxınlaşmayacaq.


Sənə zülm edənlərə öz ətlərini yedirəcəyəm, Öz qanları ilə sərxoş olub Şirin şərab içənlərin halına düşəcəklər. Beləcə bütün bəşər biləcək ki, Səni qurtaran Rəbb Mənəm. Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm».


Sizi Misir torpağından çıxardan və onların köləliyindən azad edən, boyunduruğunuzu qırıb başınızı uca edən Allahınız Rəbb Mənəm.


Qılıncınla yaşayıb Qardaşına qulluq edəcəksən. Amma azad olmaq istəyəndə Onun boyunduruğunu Boynundan qırıb atacaqsan».


«Vay Aşşurun halına, O Mənim qəzəb əsam, Əlindəki dəyənəksə qeyzimdir!


Səni yaradan, göyləri sərən, Dünyanın təməlini qoyan Rəbbi necə unudursan? Səni məhv etmək niyyətində olan Zülmkarın qəzəbindən gün boyu, dayanmadan qorxursan. Bəs hanı zülmkarın qəzəbi?


Öz xalqıma qəzəbləndim, İrsimi kiçildib sənə verdim. Lakin sən onların halına acımadın, Hətta yaşlılara da ağır boyunduruq yüklədin.


Döyüşdə geyilən çəkmələri, Qana bulanmış geyimləri yandırılacaq, Oda yem olacaq.


Qoy Moavdan sürgün olanlar Səninlə birlikdə yaşasın, Məhv edənlərə qarşı biz Moavlıların pənahı ol». Qarət və qırğın qurtaranda, Ölkəni ayaqları altına salanlar yox olanda,


Üst-başındakı tozu çırp, Qalx, ey Yerusəlim, taxtına otur, Zənciri boynundan qır, Ey əsir aparılan Sion qızı!


Ey onun ətrafında olanlar, Onun adını bilənlər, Onun üçün yas tutub deyin: “Qüdrətli əsa, əzəmətli dəyənək Necə də qırıldı!”


Buna görə Sahibimiz, Ordular Rəbbi Aşşurun güclü əsgərlərinə azar göndərəcək, Möhtəşəm orduları od tutub yanacaq.


跟着我们:

广告


广告