Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 66:22 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

22 «Yaradacağım yeni göylər və yeni yer önümdə necə qalacaqsa, Nəsliniz və adınız da elə qalacaq» Rəbb bəyan edir.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

22 «Yaradacağım yeni göylər və yeni yer önümdə necə qalacaqsa, Nəsliniz və adınız da elə qalacaq» Rəbb bəyan edir.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

22 «Јарадаҹағым јени ҝөјләр вә јени јер өнүмдә неҹә галаҹагса, Нәслиниэ вә адыныэ да елә галаҹаг» Рәбб бәјан едир.

参见章节 复制




YEŞAYA 66:22
19 交叉引用  

Budur, Mən yeni göylər və yeni yer yaradıram. Əvvəlki işlər bir daha xatırlanmayacaq, Heç yada düşməyəcək.


Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi.


Amma biz Allahın vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik.


sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».


Nəslin dəniz qumu kimi, Övladların qum dənələri kimi olardı. Adları qarşımda nə pozulardı, nə də silinərdi».


Mən sözlərimi sənin ağzına qoydum, Əlimin kölgəsində səni gizlətdim ki, Göyləri qurum, dünyanın təməlini qoyum, Siona “Xalqım sənsən” deyim».


Amma Rəbb Özü onun bu iztirablarını istədi, Çəkdiyi əziyyətlər Onun iradəsi idi. Öz canını təqsir qurbanı təqdim edərsə, Nəsil görəcək, ömür uzadacaq. Rəbbin istəyi onun əli ilə uğur qazanacaq.


Evimdə, divarlarımın arasında Oğul və qızlardan daha da yaxşı olan Xatirə və ad verəcəyəm. Onlara silinməz, əbədi bir ad verəcəyəm.


Çünki Mən Rəbb ədaləti sevirəm. Soyğunçuluğa, haqsızlığa nifrət edirəm. Əlbəttə, əməllərinə görə onlara haqqını verəcəyəm, Onlarla əbədi əhd kəsəcəyəm.


Nəsillərindən törəyənlər millətlər içində, Övladları xalqlar arasında tanınacaq. Onları görən hər kəs biləcək ki, Rəbb nəsillərinə xeyir-dua verdi.


Tikdikləri evdə özgələr yaşamayacaq, Əkdikləri bağın meyvələrini başqaları yeməyəcək. Çünki xalqım ağaclar tək uzun ömür sürəcək, Seçilmişlərim əllərinin işlərindən zövq alacaq.


Onlar boş yerə əlləşməyəcək, Övladları bəlalarla üzləşməyəcək. Çünki özləri də, övladları da, Rəbbin xeyir-dualı nəsli olacaq.


O zaman sizi toplayıb yurdunuza geri qaytaracağam. Görəcəksiniz, Mən sizi yenə firavan edəndə Bütün dünya xalqları arasında Sizə şan-şöhrət verəcəyəm» Rəbb deyir.


«Mənim onlarla bağladığım əhd budur: üzərindəki Ruhum, ağzına qoyduğum sözlərim indidən sonsuzadək sənin, övladlarının, nəvə-nəticələrinin ağzından düşməyəcək». Bunu Allah deyir.


«Rəbb belə deyir: “Necə ki müəyyən vaxtlarda gecə və gündüz olması üçün gecə-gündüzlə kəsdiyim əhdi poza bilməzsiniz,


eləcə də padşahlıq etməsi üçün taxtında oturan bir oğlu barədə qulum Davudla və Mənə xidmət edən Levili kahinlərlə bağladığım əhd pozula bilməz.


跟着我们:

广告


广告