Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 59:17 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

17 O, salehliyi zireh kimi geydi, Qurtuluş dəbilqəsini başına taxdı. Qisas geyimlərini geydi, Qeyrət libasına büründü.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

17 O, salehliyi zireh kimi geydi, Qurtuluş dəbilqəsini başına taxdı. Qisas geyimlərini geydi, Qeyrət libasına büründü.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

17 О, салеһлији эиреһ кими ҝејди, Гуртулуш дәбилгәсини башына тахды. Гисас ҝејимләрини ҝејди, Гејрәт либасына бүрүндү.

参见章节 复制




YEŞAYA 59:17
24 交叉引用  

Xilas dəbilqəsini və Ruhun qılıncını, yəni Allahın kəlamını götürün.


Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun.


Gündüzə aid olan bizlərsə iman və məhəbbətlə döşümüzə zireh taxaraq xilas ümidini dəbilqə kimi başımıza qoyub ayıq-sayıq olaq.


O, belini salehliklə qurşayacaq, Sədaqəti kəmər kimi taxacaq.


Çünki «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm» və yenə də «Rəbb Öz xalqını mühakimə edəcək» deyəni tanıyırıq.


Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar.


Qalx, qalx, güclən, ey Rəbbin qolu! Qədim zamanlardakı kimi Qalx əvvəlki nəsillərin vaxtında olduğu kimi! Sən Rahavı parça-parça etmədinmi? Sən əjdahanın bədənini deşmədinmi?


Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür.


Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq, O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək.


Libas kimi salehliyi geyinmişdim, Sanki ədalətim mənə cübbə və tac idi.


həqiqəti elan edəndə, Allahın qüvvəsində, həm sağ, həm də sol əllərimizdə salehlik silahları ilə,


O zaman Rəbbimiz İsa Allahı tanımayanlardan və Özü barədə olan Müjdəyə itaət etməyənlərdən qisas alacaq.


Mənimlə danışan mələk mənə dedi: «Müraciət edib söylə ki, Ordular Rəbbi belə deyir: “Yerusəlim və Sion üçün böyük qısqanclıq duyuram.


Ya Rəbb, göylərdən bax, Müqəddəs, izzətli, uca məskənindən bizə nəzər sal! Haradadır Sənin qeyrətin, gücün? Qəlbindəki həsrəti, rəhmi bizdən əsirgədin.


«Üzümsıxanda üzümü tək sıxdım, Yanımda xalqlardan heç kim olmadı. Qəzəb içində onları tapdaladım, Qeyzlə təpiyimin altına saldım. Qanları geyimlərimə sıçradı, Bütün libaslarımı bulaşdırdım.


Ya Rəbb, əlini qaldırdın, Amma pis adamlar bunu görmür. Öz xalqın üçün göstərdiyin qeyrəti görüb utansınlar. Bəli, düşmənlərin üçün yağdırdığın od onları məhv edəcək.


Çünki qalanlar Yerusəlimdən, Xilas olanlar Sion dağından çıxacaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək”.


Rəbb cəsur igid kimi çıxacaq, Cəngavər kimi qeyrətə gələcək, Çığırıb döyüş nərəsi çəkəcək, Düşmənlərinə Öz qüdrətini göstərəcək.


Nə üçün geyimlərin qırmızıdır, Nə üçün libasın al rəngdədir, Sanki sən üzümsıxanda üzüm sıxırdın?


Beləcə hədsiz qəzəbimi göstərəcəyəm, onların üzərində qızğınlığımı söndürüb sakitləşəcəyəm. Onlara hədsiz qəzəbimi göstərəndə biləcəklər ki, Mən Rəbb qısqanclıqdan onlara belə söylədim.


跟着我们:

广告


广告