Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 59:15 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

15 Həqiqət heç bir yerdə yoxdur, Şərdən uzaq duran talan olunur. Rəbb bunları gördü, Ədalətin yoxluğu Onun xoşuna gəlmədi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

15 Həqiqət heç bir yerdə yoxdur, Şərdən uzaq duran talan olunur. Rəbb bunları gördü, Ədalətin yoxluğu Onun xoşuna gəlmədi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

15 Һәгигәт һеч бир јердә јохдур, Шәрдән уэаг дуран талан олунур. Рәбб бунлары ҝөрдү, Әдаләтин јохлуғу Онун хошуна ҝәлмәди.

参见章节 复制




YEŞAYA 59:15
35 交叉引用  

Ölkədə Allaha sadiq adam qalmadı, İnsanlar arasında doğru adam tükəndi. Hamı qan tökmək üçün pusquda durur, Qardaş qardaşa tələ qurur.


Necə ki yazılıb: «Biz gün boyu Sənin uğrunda öldürülürük, Qurbanlıq qoyunlar sayılırıq».


Aradan xeyli gün keçdi. Yəhudilər Şaulu öldürmək üçün sui-qəsd hazırladı.


Şaul Rəbbin şagirdlərinə qarşı hələ də ölüm hədələri yağdırırdı. Baş kahinin yanına gedib


Əgər ağlımızı itirmişiksə, bu, Allah üçündür, yox, əgər ağlımız başımızdadırsa, bu sizin üçündür.


Paul özünü bu cür müdafiə edəndə Fest bərkdən dedi: «Paul, dəlilik edirsən, çox oxumaqdan başın xarab olub».


İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Çünki fikirləşirdilər ki, O, ağlını itirib.


Onların cəza günləri gəldi, Haqq-hesab günləri yetişdi. Qoy İsrail bunu bilsin! Təqsirlərinizin çoxluğundan, Düşmənçiliyinizin böyüklüyündən Peyğəmbəri əbləh, Ruhani adamı divanə saydınız.


“Rəbb Öz məbədinin cavabdehi kimi Yehoyadanın yerinə səni kahin qoydu. Peyğəmbər kimi davranan hər dəliyə kündə və dəmir yaxa vurmalısan.


Sən onlara söylə: “Bu həmin xalqdır ki, öz Allahı Rəbbin sözünə qulaq asmır və cəzadan ibrət almır. Onlarda həqiqət yox oldu, həqiqətdən heç danışmırlar.


Ey Yaqub nəsli, İsrail adı ilə çağırılan, Yəhudanın belindən gələn, Rəbbin adı ilə and içən, İsrail Allahının adını etiraf edən, Fəqət buna həqiqətlə və salehliklə əməl etməyən nəsil, Buna qulaq as!


Ancaq Rəbb Davudla etdiyi əhddən ötrü Davudun sülaləsini məhv etmək istəmədi. Çünki Davuda və onun nəslinə əbədi olaraq bir çıraq verəcəyini vəd etmişdi.


Yas qurtarandan sonra Davud adam göndərib Bat-Şevanı öz evinə gətirdi və o, Davudun arvadı oldu. Sonra Davuda bir oğul doğdu. Lakin Davudun gördüyü bu iş Rəbbin gözündə pis idi.


Yəhudilər Ona dedilər: «İndi bildik ki, Səndə cin var. İbrahim də öldü, peyğəmbərlər də. Amma Sən “kim Mənim sözümə riayət edərsə, heç vaxt ölməyəcək” deyirsən.


Yehu çıxıb ağasının adamlarının yanına gəldi. Onlardan biri Yehuya dedi: «Xeyir ola? Bu dəli sənin yanına nə üçün gəlib?» Yehu onlara dedi: «Onun necə adam olduğunu və nə deyəcəyini bilirsiniz».


Onun etdiyi bu iş Rəbbin gözündə pis oldu və Rəbb onu da öldürdü.


Onların çoxu dedi: «Onda cin var, dəlidir. Niyə Ona qulaq asırsınız?»


Rəbbə sadiq şəhər Necə də fahişəyə bənzər oldu! Axı o, ədalətlə dolu idi, Orada salehlik məskunlaşmışdı, İndi isə qatillərlə doludur!


Vay halına rüşvət alıb təqsirkara bəraət qazandıranların, Haqlıların haqqını əlindən alanların!


Yoxsullardan ədaləti əsirgəyənlərin, Xalqımın kasıblarının haqqını əlindən alanların, Dul qadınları soyanların, Yetimlərin malını ələ keçirənlərin vay halına!


Onlar başqasına böhtan atanlar, Şəhər darvazasında hakimə tələ quranlardır, Haqlının haqqını nahaq yerə təhrif edənlərdir.


Alçaq adamın əməlləri pisdir. O, hiylə işlədir ki, Yalan sözlərlə haqlı olan yoxsula ziyan versin.


Məhkəmədə ədalətlə işə baxan yoxdur, Doğruluqla özünü müdafiə edən yoxdur, Boş sözlərə güvənirlər, aldadırlar, Əziyyətə hamilə olub pislik doğurlar.


Siz isə haqsızlığa etirazını bildirənlərə, Düz danışanlara nifrət edirsiniz.


Ey salehlikdən uzaq olan dikbaş insanlar! Məni dinləyin!


Mən də sizi qılınca qismət edəcəyəm, Hamınız qırılmaq üçün diz çökəcəksiniz. Çünki Mən çağıranda sizdən cavab almadım, Danışanda qulaq asmadınız. Gözümdə pis olanı etdiniz, Mənə məqbul olmayanı seçdiniz».


Mən də onları çətinliyə düçar edəcəyəm, Qorxduqları bəlanı başlarına gətirəcəyəm. Çünki Mən çağıranda onlardan cavab almadım, Danışanda qulaq asmadılar, Gözümdə pis olanı etdilər, Mənə məqbul olmayanı seçdilər».


İnsanın ədalətdən məhrum olmasını Xudavənd heç görmürmü?


跟着我们:

广告


广告