Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 59:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Kor kimi əllərimizlə divarı yoxlayırıq, Gözü görməyənlər tək yol axtarırıq. Günorta çağı gecə vaxtı olduğu kimi büdrəyirik, Güclülər arasında ölülər kimiyik.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

10 Kor kimi əllərimizlə divarı yoxlayırıq, Gözü görməyənlər tək yol axtarırıq. Günorta çağı gecə vaxtı olduğu kimi büdrəyirik, Güclülər arasında ölülər kimiyik.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

10 Кор кими әлләримиэлә дивары јохлајырыг, Ҝөэү ҝөрмәјәнләр тәк јол ахтарырыг. Ҝүнорта чағы ҝеҹә вахты олдуғу кими бүдрәјирик, Ҝүҹлүләр арасында өлүләр кимијик.

参见章节 复制




YEŞAYA 59:10
16 交叉引用  

Günorta vaxtı kor adam qaranlıqda əl toxundura-toxundura gəzdiyi kimi gəzəcəksiniz. Hər işiniz uğursuz olacaq, daim iztirab çəkəcək və talan olacaqsınız. Sizi qurtaran olmayacaq.


Gündüzləri qaranlığa dönür, Günorta onlara gecə kimi görünür, Onlar kor kimi əl sürtə-sürtə gəzir.


Çoxdan ölüb-gedənlər kimi Məni zülmətdə yaşatdı.


Amma qardaşına nifrət edən qaranlıqdadır. O, qaranlıqda gəzir və hara getdiyini bilmir, çünki qaranlıq onun gözlərini kor edib.


«Allah onların gözlərini kor etdi Və ürəklərini kütləşdirdi ki, Gözləri ilə görməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim».


Onda İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz.


Xudavənd Rəbb bəyan edir: “Həmin gün günorta günəşi batıracağam, Yer üzündə gündüzü qaraldacağam.


Kor kimi küçələrdə dolanırdılar, Qanla murdar oldular, Onların libaslarına belə, Kimsə toxuna bilməz.


Nə qədər ki qaranlıq çökdürməyib, Zülmət dağlarında ayaqlarınız büdrəməyib, Allahınız Rəbbi izzətləndirin. Siz işıq gözləyirsiniz, Amma Rəbb onu ölüm kölgəsinə çevirər, Dərin zülmətə döndərər.


Bir çoxları büdrəyib yıxılacaq və qırılacaq, Tələyə düşüb əsir aparılacaq».


Pislərinsə yolu zülmətdir, Onlar nəyə görə büdrədiklərini bilməzlər.


O, Müqəddəs məkan olacaq, Amma İsrailin iki padşahlığına büdrəmə daşı və yıxma qayası, Yerusəlim sakinlərinə tələ və tor olacaq.


Rəbbin sözü onlar üçün «Əmr üstünə əmr, əmr üstünə əmr, Sətir üstünə sətir, sətir üstünə sətir, Bir az oradan, bir az buradan» olacaq ki, Gedib arxası üstə yıxılsınlar, yaralansınlar, Tələyə düşüb əsir aparılsınlar.


Onların ürəyi ərisin, Yerə sərilənlər çox olsun deyə Bütün darvazalarında qırğın qılıncı qoydum. Ah, o, şimşək kimi parıldadı, Öldürmək üçün siyrildi.


Buna görə sizə görüntüsüz gecə gələcək, Qaranlıqda falçılıq edə bilməyəcəksiniz. Peyğəmbərlər üçün günəş batacaq, Gündüz onlar üçün zülmət olacaq.


跟着我们:

广告


广告