Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 56:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Bunu edən insan, Buna itaət edən bəşər oğlu nə bəxtiyardır! Şənbə gününü tutar, murdarlamaz, Hər cür şərdən qorunar.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

2 Bunu edən insan, Buna itaət edən bəşər oğlu nə bəxtiyardır! Şənbə gününü tutar, murdarlamaz, Hər cür şərdən qorunar.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

2 Буну едән инсан, Буна итаәт едән бәшәр оғлу нә бәхтијардыр! Шәнбә ҝүнүнү тутар, мурдарламаэ, Һәр ҹүр шәрдән горунар.

参见章节 复制




YEŞAYA 56:2
31 交叉引用  

Şənbə günündə büdrəməsəniz, Müqəddəs günümdə istədiyinizi etməsəniz, Şənbə gününü “şən gün”, Rəbbin müqəddəs gününü “Şərəfli gün” adlandırsanız, Öz yolunuzla getməməklə, İstədiyinizi əldə etməməklə, Boşboğazlıqla məşğul olmamaqla, O günü əziz tutsanız,


Onlara Öz Şənbə günlərimi də verdim ki, Mənimlə onların arasında əlamət olsun və onları təqdis edənin Mən Rəbb olduğunu bilsinlər.


Amma İsa dedi: «Daha doğrusu, Allahın kəlamını eşidib ona riayət edənlər nə bəxtiyardır!»


Şənbə günlərimi təqdis edin. Qoy onlar Mənimlə sizin aranızda əlamət olsun. Onda biləcəksiniz ki, Allahınız Rəbb Mənəm›.


Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin.


Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız.


Əməlisalehlər pislikdən dönmək yolunu tutar, Yoluna diqqət edən canını qoruyar.


Xeyirxahlıq və sədaqət hər təqsiri kəffarə edər, İnsan Rəbb qorxusuna görə pislikdən dönər.


Hikmətli qorxub pislikdən dönər, Axmaq ehtiyatsızdır, özünə güvənər.


Nə sağa, nə də sola dön, Ayağını pislikdən çək.


Aldığın tərbiyəyə bağlan, ayrılma, Onu saxla, o sənin həyatındır.


Şənbə istirahət günlərimə riayət edin və Müqəddəs məkanıma ehtiramla yanaşın. Rəbb Mənəm.


Şənbə gününü yadda saxlayıb təqdis et.


Xalatlarını günahdan təmizləyənlər nə bəxtiyardır! Bununla da həyat ağacından yeməyə icazələri olacaq, darvazalardan keçib şəhərə girəcəklər.


Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür!


Rəbbə xidmət etmək, Onun adını sevmək, Onun qulu olmaq üçün Şənbə gününə riayət edən, o günü murdarlamayan, Əhdimə itaət edən, Rəbbə bel bağlayan bütün yadelliləri


Yəhuda əyanlarını töhmətləndirib onlara dedim: «Nə üçün bu pis işi görüb Şənbə gününü murdar edirsiniz?


Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın.


Çünki Rəbb belə deyir: «Şənbə günlərimə riayət edən, Mənə xoş gələni seçən, Əhdimə itaət edən xədimlərə


Bir şeydən yapışmağın yaxşıdır, Amma o birindən də əlini çəkmə. Çünki Allahdan qorxan adam Hər ikisini tarazlayar.


跟着我们:

广告


广告