Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 54:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 «Şənlən, ey sonsuz, qısır qadın! Sevinclə mahnı oxu, Ey doğuş ağrısı çəkməyən qadın! Çünki atılmış qadının övladları Ərli qadının övladlarından çox olacaq», Bunu Rəbb deyir.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

1 «Şənlən, ey sonsuz, qısır qadın! Sevinclə mahnı oxu, Ey doğuş ağrısı çəkməyən qadın! Çünki atılmış qadının övladları Ərli qadının övladlarından çox olacaq», Bunu Rəbb deyir.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

1 «Шәнлән, еј сонсуэ, гысыр гадын! Севинҹлә маһны оху, Еј доғуш ағрысы чәкмәјән гадын! Чүнки атылмыш гадынын өвладлары Әрли гадынын өвладларындан чох олаҹаг», Буну Рәбб дејир.

参见章节 复制




YEŞAYA 54:1
21 交叉引用  

Çünki yazılıb: «Şənlən, ey sonsuz, qısır qadın! Sevinclə mahnı oxu, qışqır, Ey doğuş ağrısı çəkməyən qadın! Çünki atılmış qadının övladları Ərli qadının övladlarından çoxdur».


Artıq sənə «atılmış», Ölkənə «viranə qalmış» deməyəcəklər. Əvəzinə sənə «sevdiyim», Ölkənə isə «ərli» deyiləcək. Çünki Rəbb səni sevəcək, Ölkən də ərli sayılacaq.


Toxlar azuqə üçün muzdla işlərkən Aclar doyuzdurulur. Sonsuz qadın yeddi övlad doğur, Çoxuşaqlı qadın isə tənha qalır.


Ey Sion qızı, böyük sevinclə coş, Ey Yerusəlim qızı, hayqır! Bax padşahın sənə tərəf gəlir. O ədalətli və xilaskardır. O itaətkardır və bir eşşəyə – Eşşəyin balası olan sıpaya minib gəlir.


Ey Sion qızı, tərənnüm elə, Ey İsrail, uca səslə çığır! Ey Yerusəlim qızı, bütün qəlbinlə sevin və fərəhlən!


Tərənnüm edin, ey göylər, Ey yer üzü, fərəhlən! Ey dağlar, sevinc nidalarına qoşulun! Çünki Rəbb xalqına təsəlli verəcək, İztirab çəkənlərinə rəhm edəcək.


Sənin sürgündə doğulmuş övladların Səsini ucaldıb belə deyəcək: “Bu yer bizim üçün dar gəlir, Yaşamaq üçün bizə yer ver”.


Tərənnüm edin, ey göylər, Çünki bunu edən Rəbdir. Çığırın, ey torpağın dərinlikləri, Ey dağlar, ey meşə, ey meşədəki bütün ağaclar, Sevincdən haray çəkin, Çünki Rəbb Yaqub nəslini satın aldı, İsraildə izzətini aşkar etdi.


Bir kiçik bacımız var, Hələ döşləri çıxmayıb. Bacımıza elçi gələn gün Onun üçün nə edək?


Sara dedi: «Allah mənim üzümü güldürdü. Bunu eşidən hər kəs mənimlə birgə güləcək».


Ey Sion sakinləri, səsinizi ucaldın, Sevinclə çığırın, Çünki aranızdakı İsrailin Müqəddəsi böyükdür».


Sağ qalanlar səslərini ucaldıb Sevinc ilahiləri söyləyəcək, Qərbdə yaşayanlar Rəbbin əzəmətindən nəql edəcək.


Xarabalığa, viranəliyə dönmüşdün, Ölkən yerlə yeksan olmuşdu. Amma indi bu torpaq sakinlərin üçün dar olacaq, Səni xaraba qoyanlar səndən uzaqda duracaq.


Bir qadın ağrı çəkmədən, Sancısı tutmadan bir oğlan uşağı doğdu.


跟着我们:

广告


广告