Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 50:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, Savadlı adamlar kimi dinləyə bilim.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

4 Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, Savadlı adamlar kimi dinləyə bilim.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

4 Јорғунлара сөэлә дајаг олмағы билим дејә Худавәнд Рәбб мәнә савадлыларын дилини верди. О һәр сәһәр гулағымы ојадыр ки, Савадлы адамлар кими динләјә билим.

参见章节 复制




YEŞAYA 50:4
31 交叉引用  

Çünki Mən sizə elə danışıq qabiliyyəti və hikmət verəcəyəm ki, sizə qarşı çıxanların heç biri nə ona etiraz edə biləcək, nə də ona qarşı dura biləcək.


Rəbb əlini uzadıb ağzıma toxundu və mənə dedi: «Bax sözlərimi sənin dilinə qoydum.


Yerində deyilən sözlər, Gümüş oymalar içində qızıl almalara bənzər.


İnsan münasib cavab versə, şad olar, Sözü yerində demək nə yaxşıdır!


Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi. Onlar «Məgər bu, Yusifin Oğlu deyilmi?» deyirdi.


Öz doğma yurduna gələrək oradakı sinaqoqda xalqı öyrətməyə başladı. Camaat təəccüblənərək dedi: «Bu Adamda belə hikmət, belə möcüzələr yaradan qüvvə haradandır?


Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm.


Bunun cavabında İsaya kimsə bir söz deyə bilmədi. O gündən sonra artıq heç kim Ondan bir şey soruşmağa cəsarət etmədi.


Mühafizəçilər cavab verdilər: «Hələ indiyəcən heç bir insan belə danışmayıb».


Qəlbi narahat olanın qəddi əyilər, Xoş söz könlü şad edər.


Ya Rəbb, şagirdlərimin arasında Şəhadətini qoruyub saxla, təlimini möhürlə!


«Bu adam kimi öyrədir? Kimə öyüd verir? Süddən kəsilmiş, ana döşündən ayrılmış körpə uşaqlaramı?


Bu bəla hər gələndə sizə toxunacaq. O hər səhər, gecə-gündüz keçəcək. Bu xəbəri anlayanda dəhşətə gələcəksiniz.


O vaxt korların gözləri, karların qulaqları açılacaq,


O, yorğunlara güc verər, Taqətsizlərin qüvvətini artırar.


Aranızda Rəbdən qorxan, Qulunun sözünə qulaq asan varmı? Qaranlıqda gəzən, nurdan məhrum olan Rəbbin adına güvənsin, Allahına arxalansın.


Bütün övladlarını Mən Rəbb öyrədəcəyəm, Onlar tam sülh içində olacaq.


Çünki Mən yorğun adama su verəcəyəm, taqətsiz adamı doyduracağam».


Hər gün səhərlər yandırma qurbanı olaraq Rəbbə bir yaşında qüsursuz bir quzu təmin et.


Onda Rəbb mənə dedi: “Dedikləri doğrudur.


Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O əmr etdiyim hər şeyi sizə söyləyəcək.


Yıxılanları sözlərinlə qaldırdın, Dizləri əsənlərə güc verdin.


跟着我们:

广告


广告