Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 5:24 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

24 Beləliklə, alovun dili samanı necə yeyib-qurtarırsa, Küləş od içində necə əriyib-gedirsə, Onlar da köklərindən elə çürüyəcək, Tumurcuqları toz kimi havaya sovrulacaq, Çünki Ordular Rəbbinin qanununu rədd etdilər, İsrailin Müqəddəsinin sözünə xor baxdılar.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

24 Beləliklə, alovun dili samanı necə yeyib-qurtarırsa, Küləş od içində necə əriyib-gedirsə, Onlar da köklərindən elə çürüyəcək, Tumurcuqları toz kimi havaya sovrulacaq, Çünki Ordular Rəbbinin qanununu rədd etdilər, İsrailin Müqəddəsinin sözünə xor baxdılar.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

24 Беләликлә, аловун дили саманы неҹә јејиб-гуртарырса, Күләш од ичиндә неҹә әријиб-ҝедирсә, Онлар да көкләриндән елә чүрүјәҹәк, Тумурҹуглары тоэ кими һаваја соврулаҹаг, Чүнки Ордулар Рәббинин ганунуну рәдд етдиләр, Исраилин Мүгәддәсинин сөэүнә хор бахдылар.

参见章节 复制




YEŞAYA 5:24
44 交叉引用  

Buna görə də İsrailin Müqəddəsi belə deyir: «Bu sözü rədd etdiyinizə görə, Zorakılığa və yalana güvənib bel bağladığınıza görə


Aşağıda rişələri quruyacaq, Yuxarıda budaqları solacaq.


Öz xırmanını sovurmaq və taxılı anbarına toplamaq üçün kürəyi əlində hazırdır. Küləşi isə sönməz odda yandıracaq».


Döyüş arabalarına bənzəyən səslə, Küləşi yandırıb-yaxan od-alovun səsi ilə, Dağların zirvələri üzərindən tullanırlar. Onlar hücum üçün düzülən güclü bir qoşuna bənzəyirlər.


Bax, onlar küləş kimidir, Od onları yandırıb-yaxar. Özlərini alovun gücündən xilas edə bilməyəcəklər. Bu alov isinmək üçün kömürlü od deyil, Qabağında oturulacaq od deyil.


Çünki bu, üsyankar xalq, Yalançılar nəslidir, Rəbbin qanununa qulaq asmaq istəməyən bir soydur.


Sənə qarşı çıxanları möhtəşəm əzəmətin yıxar, Sənin göndərdiyin qəzəb onları saman çöpü tək yandırar.


Ona görə bu təlimatı rədd edən kəs insanı deyil, sizə Öz Müqəddəs Ruhunu bəxş edən Allahı rədd edir.


“Baxın, siz ey xor baxanlar, Mat qalın və yox olun. Sizin vaxtınızda elə işlər görəcəyəm ki, Sizə danışsaydılar, inanmazdınız”».


Məni rədd edib sözlərimi qəbul etməyəni mühakimə edən bir şey var: bu da Mənim söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək.


Sizi dinləyən kəs Məni dinləyir, sizi rədd edən Məni rədd edir. Məni rədd edənsə Məni Göndərəni rədd edir».


Amma fariseylər və qanunşünaslar Yəhyanın vəftizindən imtina etdilər və bununla Allahın onlar barəsindəki iradəsini rədd etdilər.


Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq».


Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq.


Tikanlar kimi bir-birinə dolaşmışlar, Əyyaşlar kimi sərxoş olmuşlar, Quru küləş tək tamamilə yanacaqlar.


Amma Mən sidr ağacı kimi hündür, Palıd ağacı kimi möhkəm olan Emorluları qarşınızda yox etdim, Yuxarıdan bəhrəsini, aşağıdan kökünü kəsdim.


Efrayim kəsildi, Kökləri qurudu. Onlar bar verməyəcək. Əgər doğsalar da, Bətnlərinin əziz barını Mən məhv edəcəyəm».


Mən Efrayimlilərə qarşı güvə, Yəhuda nəsli üçün kif olacağam.


Müdriklər rüsvay oldu, Çaşıb tora düşdü. Onlar Rəbbin sözünü rədd etdi. Bəs onların müdrikliyi nədədir?


Eşit, ey yer üzü, Mən bu xalqın başına fəlakət gətirəcəyəm. Bu onların niyyətlərinin bəhrəsi olacaq. Çünki Mənim sözlərimə qulaq asmadılar, Mənim qanunumu rədd etdilər.


«Bu xalq sakit axan Şiloah sularını rədd edib Resinlə Remalyanın oğluna meyl saldıqlarına görə


Lakin onlar itaətsizlik edərək Sənə qarşı üsyankar oldular. Qanununa arxa çevirdilər, Sənə tərəf dönmək üçün onlara xəbərdarlıq edən peyğəmbərlərini öldürdülər və böyük küfr etdilər.


Şamuel Şaula dedi: «Mən səninlə geri qayıtmayacağam, çünki sən Rəbbin sözünü rədd etdin. Ona görə Rəbb İsraildə padşah olmayasan deyə səni rədd etdi».


Çünki üsyankarlıq falçılığa bərabər günahdır, İnadkarlıq isə özbaşınalıq və bütpərəstliyə bərabərdir. İndi ki sən Rəbbin sözünü rədd etdin, O da səni padşahlıqdan rədd etdi».


Kimi söyüb küfr etdin? Kimə qarşı səsini qaldırdın? Kimə lovğalıqla baxdın? İsrailin Müqəddəsinə!


Günah edən millətin, Şər işlər görən xalqın, Yolunu azmış nəslin, Pozulmuş övladların vay halına! Onlar Rəbbi tərk etdilər, İsrailin Müqəddəsinə xor baxdılar, Ondan üz döndərdilər.


Güclü adam kətan qırıntısına oxşayacaq, Gördüyü iş qığılcım kimi olacaq, İkisi birlikdə yanacaq, Onları söndürən olmayacaq.


Efrayimin paytaxtı Samariyadır, Samariyanın başçısı isə ancaq Remalyanın oğludur. Əgər imanda möhkəm durmasanız, Heç dayana bilməzsiniz».


Ona görə pislik alovlanıb-yanır, Tikanla qanqalı yandırıb-yaxır, Meşədəki kolluqlar məhv olur, Tüstü sütunları qalxır.


Ordular Rəbbinin qəzəbi Ölkəni od kimi yandırdı, Xalqı alov yandırıb-yaxır, Qardaş qardaşa rəhm etmir.


Bu səbəbə görə Lənət yer üzünü məhv edir. Yer üzünün sakinləri Günahlarının cəzasını çəkir, Buna görə yanır, Çox az adam sağ qalacaq.


Ya Rəbb, əlini qaldırdın, Amma pis adamlar bunu görmür. Öz xalqın üçün göstərdiyin qeyrəti görüb utansınlar. Bəli, düşmənlərin üçün yağdırdığın od onları məhv edəcək.


Mən qızğın qəzəbimlə rəftar etmərəm, Efrayimi artıq məhv etmərəm. Çünki Mən Allaham, insan deyiləm, Aranızda Müqəddəs Olanam. Qəzəblə üzərinizə gəlmərəm.


Xalq bütün Misir torpağına səpələnib saman əvəzinə küləş yığmağa başladı.


Rəbb ölkənizə yağış əvəzinə toz-torpaq yağdıracaq. Siz həlak olana qədər göydən üzərinizə bunlar yağacaq.


Rişələri daş qalağına dolaşar, Çınqılların arasında yer axtarar.


Buna görə də Xudavənd Rəbb belə deyir: “Meşə ağacları arasında üzüm tənəyini yanan şey kimi necə oda verdimsə, Yerusəlimdə yaşayanları da eləcə oda atacağam.


Rəbb belə deyir: “Yəhudalıların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar Rəbbin qanununa xor baxıb qaydalarına riayət etmədi, Atalarının sitayiş etdiyi saxta bütlər onları da yollarından azdırdı.


跟着我们:

广告


广告