Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 46:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Axırı əvvəldən, Baş verməmiş hadisələri əzəldən bildirən, “Niyyətim baş tutacaq, İstədiyim hər şeyi edəcəyəm” deyən Mənəm.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

10 Axırı əvvəldən, Baş verməmiş hadisələri əzəldən bildirən, “Niyyətim baş tutacaq, İstədiyim hər şeyi edəcəyəm” deyən Mənəm.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

10 Ахыры әввәлдән, Баш вермәмиш һадисәләри әэәлдән билдирән, “Нијјәтим баш тутаҹаг, Истәдијим һәр шеји едәҹәјәм” дејән Мәнәм.

参见章节 复制




YEŞAYA 46:10
38 交叉引用  

İnsanın qəlbində çox amalı var, Amma Rəbbin niyyəti həyata keçər.


Əzəldən bəri Mən Oyam, Mənim əlimdən qurtaran yoxdur. Mən bir şey edəndə buna kim mane ola bilər?»


Danışın, işinizi təqdim edin, Qoy hamı birlikdə məsləhətləşib söyləsin: “Bunu qədimdə kim bəyan etdi, Keçmişdə kim bildirdi?” Bunu Mən Rəbb, demədimmi? Məndən başqa Allah, Ədalətli Allah və Qurtarıcı yoxdur. Məndən başqası yoxdur.


Heç bir hikmət, dərrakə, ibrət Rəbbin qarşısında dayana bilməz.


Yox, əgər Allahdandırsa, bu adamların işini məhv edə bilməzsiniz. Allaha qarşı çıxanların vəziyyətinə belə, düşə bilərsiniz». Onlar Qamlielin sözünə baxdılar,


Mənə bənzəyən varmı? Xəbər versin. Qədim xalqımı yaratdığımdan bəri olub-keçənləri, Bundan sonra olduqlarını danışıb nəql etsin, Bəli, gələcək hadisələri bildirin!


Şərqdən bir yırtıcı quşu, Uzaq diyardan niyyətimi yerinə yetirən adamı çağıran Mənəm. Mən bunları dedim, Mütləq yerinə yetirəcəyəm, Mən niyyət etmişəm, bunu icra edəcəyəm.


Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi.


Dünyada yaşayanların hamısı heç bir şey sayılır. O həm səma ordusunun, həm də dünyada yaşayanların arasında Öz hökmünü yeridir. Onun əlini saxlayacaq yaxud Ona “Nə edirsən?” deyəcək bir kəs yoxdur.


Padşahlıq əsası Yəhudanın əlindən getməyəcək, Hökmdarlıq əsası onun nəslindən itməyəcək; O vaxta qədər ki əsanın Sahibi gələcək. Onda xalqlar Ona itaət edəcək.


Mən səninlə qadın arasına, Sənin balanla onun övladı arasına Düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, Sən də onu dabanından sancacaqsan».


“Bu peyğəmbərə qulaq asmayan hər adam xalqı arasından ayrılıb məhv ediləcək”.


Ordular Rəbbi and içib belə deyir: «Mütləq düşündüyüm kimi olacaq, Niyyət etdiyim kimi gerçəkləşəcək.


Ya Rəbb, Sən mənim Allahımsan, Səni ucaldıram, adına həmdlər oxuyuram. Çünki Sən qədimdən bəri möcüzələrini, niyyətlərini Sədaqətlə həyata keçirdin.


Ot quruyar, çiçək solar, Amma Allahımızın sözü əbədi qalar».


Bunları kim etdi, tamamladı? Əzəldən bəri nəsilləri çağıran kimdir? Mən Rəbb birinciyəm və axırda da Mən varam».


Olub-keçənləri əvvəldən Mən bəyan etdim. Bu sözlər ağzımdan çıxdı və onları Mən bildirdim. Sonra qəflətən bunları həyata keçirdim və onlar yerinə yetdi.


Hamınız toplaşın, dinləyin! Bütlərdən hansıdır bu şeyləri bəyan edən? Rəbbin sevdiyi adam Babildə Onun məqsədini yerinə yetirəcək, Onun əli Xaldeylilərə qarşı qalxacaq.


Amma Rəbb Özü onun bu iztirablarını istədi, Çəkdiyi əziyyətlər Onun iradəsi idi. Öz canını təqsir qurbanı təqdim edərsə, Nəsil görəcək, ömür uzadacaq. Rəbbin istəyi onun əli ilə uğur qazanacaq.


Ağzımdan çıxan kəlmə də belədir: Boş yerə yanıma qayıtmaz, Ancaq istədiyimi yerinə yetirər, Onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər.


Az sayda adam qılıncdan qurtarıb Misir torpağından Yəhuda torpağına qayıdacaq. Misir torpağına sakin olmağa gələn Yəhuda xalqından sağ qalanların hamısı o zaman biləcək ki, kimin sözü yerinə yetdi, Mənimki yoxsa onlarınkı?


Efrayim cəza günündə viran olacaq, Bu yəqin sözü İsrail qəbilələri arasında bəyan edirəm.


O təkbaşına dayanıb, kim Onu döndərə bilər? Könlü nə istəsə, onu edər.


Xudavənd Sion dağında və Yerusəlimdə işini bitirəndən sonra belə deyəcək: «Aşşur padşahını qürurlu ürəyinə görə, Təkəbbürlü baxışlarına görə cəzalandıracağam.


Rəbb deyir: «İşinizi təqdim edin, Sübutlarınızı göstərin», Bunu Yaqubun Padşahı söyləyir.


Budur, o vaxt gəlir və mütləq baş verəcək” Xudavənd Rəbb belə bəyan edir, “bu gün Mənim dediyim gündür.


跟着我们:

广告


广告