Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 45:12 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

12 Dünyanı da, yer üzündə yaşayan adamı da Mən yaratdım. Mənim əllərim göyləri yaydı, Əmrimlə səma cisimləri quruldu.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

12 Dünyanı da, yer üzündə yaşayan adamı da Mən yaratdım. Mənim əllərim göyləri yaydı, Əmrimlə səma cisimləri quruldu.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

12 Дүнјаны да, јер үэүндә јашајан адамы да Мән јаратдым. Мәним әлләрим ҝөјләри јајды, Әмримлә сәма ҹисимләри гурулду.

参见章节 复制




YEŞAYA 45:12
22 交叉引用  

dünyanı da, yer üzündə olan insanı da, heyvanı da böyük gücümlə və uzanan qolumla Mən yaratdım və kimə istəsəm, ona da verərəm.


Səni Satınalan, Ana bətnində quruluş verən Rəbb deyir: «Bütün şeyləri yaradan, göyləri təkcə yayan, Təkbaşına yer üzünü sərən,


Göyləri yaradıb onları sərən, Yeri və onun üzərindəkiləri düzəldən, Dünyadakı adamlara nəfəs verən, Yer üzündə gəzən insanlara ruh verən Rəbb Allah belə deyir:


Sən, yalnız Sən Rəbsən, göyləri, göylərin ən uca qatlarını və bütün səma cisimlərini, yer üzünü və onun məxluqlarını, dənizləri və içindəki hər şeyi Sən yaratdın və hamısına həyat verirsən. Səma cisimləri Sənə səcdə qılır!


Göylər və yer, oradakı hər şey beləcə tamamlandı.


“Ah Xudavənd Rəbb, böyük gücünlə və uzanan qolunla yeri, göyü yaratdın. Edə bilməyəcəyin heç bir şey yoxdur.


Göyləri yaradan Rəbb bircə olan Allahdır! O, dünyanı yaratdı, ona quruluş verdi, Rəbb dünyanı qarmaqarışıq yaratmadı, Onu yaşamaq üçün qurdu. O deyir: «Mən Rəbbəm, başqası yoxdur!


İman vasitəsilə dərk edirik ki, kainat Allahın kəlamı ilə yarandı, beləcə də görünən şeylər görünməyənlərdən törədi.


Məgər sən bilmirsən? Məgər eşitməmisən? Rəbb əbədi Allahdır, Odur bütün dünyanı yaradan. Nə yorulur, nə taqətdən düşür, Onun ağlı dərkedilməzdir.


Bu xəbərdarlıq İsrail barədə nazil olan Rəbbin sözüdür: göyləri yayan, yerin təməlini qoyan, insanın içindəki ruha şəkil verən Rəbb belə bəyan edir:


Rəbb göy qübbəsinin üstündə oturur, Yer üzündə yaşayanlar çəyirtkə kimidir. Göyləri tül pərdə kimi açır, Onları yaşamaq üçün çadır kimi qurur.


Kim dənizləri ovcu ilə, Göyləri qarışı ilə ölçüb? Yerin torpağını ölçü ilə, Dağları qapanla, Təpələri tərəzi ilə kim çəkib?


İndi Allahınızın yer üzərində insan yaratdığı gündən bəri sizdən əvvəlki dövrün günləri barədə göylərin bir başından o biri başına qədər hamıdan soruşun. Belə böyük hadisə olubmu? Belə bir şey eşidilibmi?


«Budur, Fars padşahı Kir belə deyir: “Göylərin Allahı Rəbb dünyanın bütün padşahlıqlarını mənə verdi və Yəhudanın Yerusəlim şəhərində Öz məbədini tikməyi mənə əmr etdi.


Tökmə bürünc ayna kimi möhkəm olan göy qübbəsini Allahla birlikdə sərə bilirsənmi?


«Ey keruvlar üstündə əyləşən Ordular Rəbbi olan İsrailin Allahı! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan.


Mənim əlim yerin təməlini qoydu, Sağ əlim göyləri sərdi. Mən onları çağıranda onlar birlikdə düzülür.


Səni yaradan, göyləri sərən, Dünyanın təməlini qoyan Rəbbi necə unudursan? Səni məhv etmək niyyətində olan Zülmkarın qəzəbindən gün boyu, dayanmadan qorxursan. Bəs hanı zülmkarın qəzəbi?


Başınızı göylərə qaldırıb baxın: Bunları kim yaratdı? Rəbb göy cisimlərini sıraya düzüb çıxarar, Onların hamısını adları ilə çağırar. Bol qüvvəsinə, böyük qüdrətinə görə Onlardan heç biri əskik olmaz.


跟着我们:

广告


广告