Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 43:24 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

24 Mənim üçün pulla ətirli qamış almadın, Qurbanların piyi ilə Məni doydurmadın. Əksinə, sən günahlarını Mənə yüklədin, Təqsirlərinlə Məni yordun.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

24 Mənim üçün pulla ətirli qamış almadın, Qurbanların piyi ilə Məni doydurmadın. Əksinə, sən günahlarını Mənə yüklədin, Təqsirlərinlə Məni yordun.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

24 Мәним үчүн пулла әтирли гамыш алмадын, Гурбанларын пији илә Мәни дојдурмадын. Әксинә, сән ҝүнаһларыны Мәнә јүкләдин, Тәгсирләринлә Мәни јордун.

参见章节 复制




YEŞAYA 43:24
18 交叉引用  

Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz?


Səbadan gətirilən kündür, Uzaq ölkədən gəlmiş ətirli qamış Nəyimə lazımdır? Yandırma qurbanlarınız Mənə məqbul deyil, Başqa qurbanlarınız da Mənə xoş deyil».


Təzə Ay mərasimlərinizə, Bayram günlərinizə Ürəkdən nifrət edirəm. Bunlar Mənə yük oldu, Onları daşımaqdan yoruldum.


Sizin qaçıb-qurtaranlarınız aralarına sürgün edildikləri millətlər arasında Məni yada salacaq. Mənə xəyanət edən ürəklərinə, bütlərə dikdikləri xəyanətkar gözlərinə görə pərt oldum. Etdikləri pisliklərdən, bütün iyrənc işlərindən ötrü öz-özlərindən ikrah edəcəklər.


Lakin İsrail üsyankar olaraq Onun Müqəddəs Ruhunu kədərləndirdi. Rəbb də düşməni olub Onlara qarşı döyüşdü.


«Sürüsündən nəzir etdiyi erkək heyvan əvəzinə Rəbbə qüsurlu heyvan qurban edən fırıldaqçıya lənət olsun! Çünki Mən böyük bir padşaham və adım millətlər arasında zəhmlidir» deyir Ordular Rəbbi.


Dərzlə dolu olan araba torpağı necə əzirsə, Mən də sizi elə əzəcəyəm.


İndi ki sən cavanlıq günlərini yadına salmadın və bütün bu əməllərinlə Məni hiddətləndirdin, Mən də əməllərinin əvəzini başına gətirəcəyəm” bəyan edir Xudavənd Rəbb. “Bütün iyrənc işlərinə əlavə olaraq pozğunluq etmədinmi?


Buna görə də Sahibimiz, Ordular Rəbbi, İsrailin Qadir Allahı Belə bəyan edir: «Yağılarımı cəzalandırıb rahatlanacağam, Düşmənlərimdən qisas alacağam.


Sonra heyvanın bütün piyini ünsiyyət qurbanının piyini çıxardığı kimi çıxarıb onu Rəbbin xoşuna gələn ətir kimi qurbangahda tüstülədib yandırın. Bununla kahin o adam üçün kəffarə etsin ki, o bağışlansın.


Kahin bunları qurbangah üstündə tüstülədib yandırsın. Bu, yemək – yandırma təqdimi, xoşa gələn ətirdir. Bütün piy Rəbbə məxsusdur.


Sonra Rəbb Musaya dedi: «Bu ətirli maddələrdən götür: balzam, onika, ilan kölgəsi, xalis kündür; hər şey eyni miqdarda olsun.


Harun qurbangahda ətirli buxur yandırsın. Həm səhər çıraqları hazırladığı zaman,


Rəbb pis işlərinizə, etdiyiniz iyrənc şeylərə daha dözə bilmir. Ona görə də indi ölkəniz sakini olmayan xarabalığa, viranəliyə və lənət hədəfinə çevrildi.


跟着我们:

广告


广告