Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 40:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Ey Siona müjdə gətirən, yüksək dağa çıx! Ey Yerusəlimə xoş xəbər gətirən, Ucalt səsini, car çək, Qaldır səsini, qorxma. Yəhuda şəhərlərinə de: «Budur Allahınız!»

参见章节 复制

Azərbaycan Bibliyası 2008

9 Ey Siona müjdə gətirən, yüksək dağa çıx! Ey Yerusəlimə xoş xəbər gətirən, Ucalt səsini, car çək, Qaldır səsini, qorxma. Yəhuda şəhərlərinə de: «Budur Allahınız!»

参见章节 复制

МУГӘДДӘС КИТАБ

9 Еј Сиона мүждә ҝәтирән, јүксәк даға чых! Еј Јерусәлимә хош хәбәр ҝәтирән, Уҹалт сәсини, ҹар чәк, Галдыр сәсини, горхма. Јәһуда шәһәрләринә де: «Будур Аллаһыныэ!»

参见章节 复制




YEŞAYA 40:9
31 交叉引用  

Allah xilasımdır, Ona güvənəcəyəm və qorxmayacağam, Çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur, O mənə xilas verdi!»


O gün deyəcəklər: «Budur bizim Allahımız! Ona etibar etdik, O bizi qurtardı, Rəbb Odur, biz Ona ümid etdik. İndi isə O bizi qurtardığına görə Sevinib şadlanaq!»


Ağzımı hər açanda mənə lazımi söz verilsin deyə mənim üçün də dua edin ki, uğrunda zəncirlə bağlı halda elçilik etdiyim Müjdənin sirrini açım və bu Müjdəni lazımınca cəsarətlə bəyan edə bilim.


Xudavənd Rəbbin Ruh üzərimdədir, Çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, Əsirlərə azadlıq, Dustaqlara sərbəstlik elan etmək üçün,


Amma salehlik uğrunda əzab çəksəniz belə, siz bəxtiyarsınız. İnsanların hədə-qorxu gəlməsindən qorxmayın və lərzəyə düşməyin.


Şübhəsiz ki, möminliyin sirri böyükdür: O, cismən zühur etdi, Ruh tərəfindən təsdiq olundu, Mələklərə göründü, Millətlərə vəz olundu, Dünyada Ona iman edildi, İzzətlə göyə çəkildi.


Lakin soruşuram: məgər onlar eşitmədilər? Əlbəttə ki, eşitdilər: «Avazları bütün dünyaya yayıldı, Sözləri yerin ucqarlarına çatdı».


İndi, ya Rəbb, onların etdikləri hədə-qorxuya bax! Biz qullarına güc ver ki, Sənin sözlərini tam cəsarətlə yayaq.


Onlar Peter və Yəhyanın cəsarətini görəndə, onların savadsız, sadə insanlar olduğunu biləndə heyrətə düşdülər, amma tanıdılar ki, onlar İsa ilə birgə olmuşdular.


Peter On Bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: «Ey Yəhudilər və Yerusəlimin bütün sakinləri, sizə bildirirəm, sözlərimə qulaq asın.


Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir.


«Livana qalxıb fəryad et, Başanda səsini ucalt, Avarimdən nalə çək, Çünki bütün müttəfiqlərin əzildi.


Baxın, orucunuzu savaşma ilə, Dava ilə, yumruqla, döyməklə keçirirsiniz. Səsinizi ucalara çatdırmaq üçün Bugünkü kimi sizə oruc tutmaq olmaz.


Rəbb deyir: «Sizə təsəlli verən Mənəm, Mən! Fani insandan, ot kimi solan bəşər oğlundan qorxan Gör sən kimsən?


Ey salehlikdən xəbərdar olanlar, Qanunumu qəlblərində saxlayan xalq, Mənə qulaq asın! Adamların məzəmmətindən qorxmayın, Onların söyüşlərindən dəhşətə düşməyin.


İlk olaraq Siona «budur, budur onlar» deyirəm. Yerusəlimə müjdəçini göndərəcəyəm.


Aviya Efrayimin dağlıq bölgəsində olan Semarayim dağına qalxıb dedi: «Ey Yarovam və bütün İsraillilər, məni dinləyin!


Bu xəbər Yotama çatanda o gedib Gerizim dağının təpəsində durdu və bərkdən çığırıb onlara belə dedi: «Ey Şekem sakinləri, məni dinləyin ki, Allah da sizi dinləsin.


Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiyanın dövründə Yəhuda və Yerusəlim barəsində Amots oğlu Yeşayaya görünən görüntü.


Hər yan gül açacaq, Şadlanacaq, sevincdən nəğmə oxuyacaq. Livanın gözəlliyi, şan-şöhrəti, Karmelin və Şaronun cah-calalı ona veriləcək. Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək.


Qulunun sözlərini icra edən, Elçilərinin sözlərini gerçək edən, Yerusəlim üçün “burada sakinləri təzədən məskunlaşacaq”, Yəhuda şəhərlərinə “bunlar yenidən qurulacaq, Xarabalıqları yenidən bərpa edəcəyəm” deyən Rəbb Mənəm.


Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.


Budur, müjdə gətirənin Ayaqları dağlar aşır, gəlir, Sülh xəbəri gətirir. Ey Yəhuda, bayramlarını keçir, Əhdlərini yerinə yetir! O pis millətin ayağı ölkəndən artıq keçməyəcək, Çünki tamamilə məhv oldu».


Buna görə xalqım Mənim adımı tanıyacaq, O gün “budur, Mənəm” deyənin Mən olduğunu başa düşəcək».


跟着我们:

广告


广告