Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 32:19 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

19 Dolu meşələrə düşsə də, Şəhər yerlə yeksan olsa da,

参见章节 复制

Azərbaycan Bibliyası 2008

19 Dolu meşələrə düşsə də, Şəhər yerlə yeksan olsa da,

参见章节 复制

МУГӘДДӘС КИТАБ

19 Долу мешәләрә дүшсә дә, Шәһәр јерлә јексан олса да,

参见章节 复制




YEŞAYA 32:19
24 交叉引用  

Ədaləti ölçü, salehliyi şaqul edəcəyəm. Yalan sığınacağını dolu məhv edəcək, Gizləndiyiniz yerləri sellər yuyub-aparacaq.


Rəbb əzəmətli səsini eşitdirəcək, Qızğın qəzəblə, hər şeyi yandıran alovla, Fırtına ilə, güclü leysanla, dolu ilə Qolunun qüdrətini göstərəcək.


Budur, Rəbbin güclü, qüvvətli bir adamı var. O, bərk yağan dolu, Bəla gətirən fırtına kimi, Hər şeyi yolunda məhv edən sel kimi gəlir, Əlləri ilə şəhəri yerlə yeksan edəcək.


O, yuxarıdan gedənləri alçaldar, Onların yaşadığı şəhəri dağıdar, Yerlə yeksan edər.


Ey şam ağacı, fəryad et, Çünki sidr ağacı yıxıldı, Hündür ağaclar məhv oldu. Fəryad edin, ey Başan palıdları, Qalın meşənin ağacları böyrü üstə aşdı.


Bir güclü mələk dəyirman daşı boyda böyük bir daşı götürərək dənizə atıb dedi: «Böyük şəhər Babil də Belə zorakılıqla yıxılacaq, Bir daha görünməyəcək.


Birinci mələk şeypurunu çaldı. Onda qanla qarışıq dolu və od əmələ gəlib yer üzünə yağdırıldı. Yer üzünün üçdə biri, ağacların üçdə biri və bütün yaşıl otlar yandırıldı.


Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub.


Lakin O, Ninevanın olduğu yeri Azğın sellərlə məhv edəcək. Düşmənlərini zülmətə salacaq.


Bu, Nineva haqqındakı xəbərdarlıq, Elqoşlu Nahumun görüntülərindən ibarət kitabdır.


Nökərlərinin vasitəsilə Rəbbi təhqir edib dedin: ‹Çoxlu döyüş arabalarımla Dağların zirvəsinə, Livanın ən uca yerlərinə çıxdım. Uca sidr ağaclarını, Gözəl şam ağaclarını kəsdim, Uzaq təpələrinə, Yaşıl meşələrinə çıxdım.


İstehkamlı şəhər tənha, kimsəsiz yurd, Səhra kimi boş qaldı. Orada dana otlayıb yatacaq, Budaqları yeyib-qurtaracaq.


Çünki Sən yoxsula sığınacaq, Sıxıntı içində olan fəqirə pənahgah, Fırtına vaxtı çardaq, İstilik vaxtı kölgəlik oldun. Qəddarların nəfəsi divara çarpan fırtına kimidir,


Viran qalmış şəhər xaraba qalıb, Bütün evlər qıfıllanıb, Heç kim ora girə bilmir.


Meşələrində qalan ağaclarsa Bir uşağın saya biləcəyi qədər az qalacaq.


Gözəl meşələri, məhsuldar tarlaları Tamamilə xarab olacaq, Ağır xəstəliyə tutulan insanın canı kimi Həlak olacaq.


Şəhər viranə qaldı, Darvazaları darmadağın oldu.


Çünki Sən şəhəri bir daş yığınına, İstehkamlı şəhəri xarabalığa döndərdin. O şəhər yadellilərin qalası idi, Ondan əsər-əlamət qalmadı, O bir daha bərpa olunmaz.


Alçaldılacaqsan, yerin altından danışacaqsan, Toz-torpaq içindən səsin boğuq gələcək, Səsin ölü səsi kimi yerdən, Sözlərin pıçıltı kimi torpağın altından çıxacaq.


Budur, Sahibimiz, Ordular Rəbbi Düşməni dəhşətli gücü ilə budaqlar kimi kəsəcək. Ən hündür ağaclar qırılacaq, Qürurlular alçaldılacaq.


跟着我们:

广告


广告