Ona görə də hər birimiz əldə etdiyimiz qızıl əşyaları – xalxalları, bilərzikləri, üzükləri, sırğaları, boyunbağıları təqdim olaraq Rəbbə gətirdik ki, Rəbbin önündə özümüz üçün kəffarə edək.
Kişilər və qadınlar – könlü istəyənlərin hamısı bəzəkli sancaqlar, sırğalar, üzüklər, bilərziklər kimi bütün qızıl əşyalarını gətirdilər. Hər kəs qızılı yellətmə təqdimi kimi Rəbbə təqdim etdi.
Yəhuda soruşdu: «Girov olaraq sənə nə verim?» Qadın dedi: «Öz möhürünü, qaytanını və əlində olan əsanı». Yəhuda bunları qadına verib yanına girdi. Qadın ondan hamilə qaldı.
O, bacısının burun halqasını və qollarındakı bilərziyi görəndə, bacısı Rivqanın «bu adam mənimlə belə danışdı» sözlərini eşidəndə o adamın yanına gəldi. O, bulaq başında dəvələrin yanında dayanmışdı.
O bayıra çıxarıldığı zaman qayınatasına xəbər göndərib dedi: «Mən bu şeylərin sahibi olan adamdan hamilə qaldım». Sonra dedi: «Bax gör, bu möhür, qaytan və əsa kimindir?»
Onlar yanlarında olan bütün özgə büt allahlarını və qulaqlarındakı sırğaları Yaquba verdilər. Yaqub bunları Şekem yaxınlığında olan palıdın altında basdırdı.