Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 29:20 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

20 Çünki zülmkarlar yox olacaq, Rişxəndçilər itib-batacaq. Pislik etməyə hazır olanlar məhv olacaq.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

20 Çünki zülmkarlar yox olacaq, Rişxəndçilər itib-batacaq. Pislik etməyə hazır olanlar məhv olacaq.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

20 Чүнки эүлмкарлар јох олаҹаг, Ришхәндчиләр итиб-батаҹаг. Пислик етмәјә һаэыр оланлар мәһв олаҹаг.

参见章节 复制




YEŞAYA 29:20
24 交叉引用  

Yatağında şər niyyətdə olanların, Yamanlıq üçün qəsd quranların vay halına! Onların gücü buna çatdığına görə Ona səhər tezdən əməl edirlər!


Fariseylər pulpərəst olduqları üçün bütün bu sözləri eşidib İsaya istehza ilə baxdılar.


Məhkəmədə ədalətlə işə baxan yoxdur, Doğruluqla özünü müdafiə edən yoxdur, Boş sözlərə güvənirlər, aldadırlar, Əziyyətə hamilə olub pislik doğurlar.


Amma çoxlu düşmənlərin narın toz kimi, Qorxunc adamların orduları sovrulmuş saman çöpü kimi olacaq. Qəflətən bir an içində,


Mən seçdiklərimə əmr verdim, Qəzəbimi düşmənlərə tökmək üçün Cəsur cəngavərləri, Ucalığımla öyünən igidləri səslədim.


Mən göydə uca bir səsin belə dediyini eşitdim: «İndi Allahımızın xilası, gücü, Padşahlığı və Onun Məsihinin hakimiyyəti həyata keçdi. Çünki bacı-qardaşlarımızı Allahımızın önündə Gecə-gündüz təqsirləndirən ittihamçı kənara atıldı.


Camaat durub tamaşa edirdi. Onlarla birlikdə rəhbərlər də İsaya istehza edib deyirdilər: «Başqalarını xilas edirdi. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!»


Hirod öz əsgərləri ilə Onu təhqir edib ələ saldı. Onun əyninə bir gözəl paltar geyindirib Pilatın yanına qaytardı.


İlahiyyatçılar və fariseylər İsanı ittiham etməyə bəhanə tapmaq üçün Ona göz qoyurdular ki, görsünlər, Şənbə günü şəfa verəcək ya yox.


Bundan sonra mən gecə gələn görüntülərdə dəhşətli, heybətli və çox güclü olan dördüncü heyvanı gördüm. Onun böyük dəmir dişləri var idi. O hər şeyi əzib yeyir, qalıqları isə ayaqları altında tapdalayırdı. O, heyvanların hamısından fərqlənirdi və on buynuzu var idi.


Səni yaradan, göyləri sərən, Dünyanın təməlini qoyan Rəbbi necə unudursan? Səni məhv etmək niyyətində olan Zülmkarın qəzəbindən gün boyu, dayanmadan qorxursan. Bəs hanı zülmkarın qəzəbi?


Amma Rəbb belə deyir: «Bəli, güclünün əlindən əsirlər də alına bilər, Zorakının əlindən qənimət də götürülə bilər, Səninlə çəkişənlərlə Mən çəkişəcəyəm, Övladlarını Mən qurtaracağam.


Lovğa, təkəbbürlü adam rişxəndçi adlanır, Lovğalandıqca lovğalanır.


Rəbb deyir: «Pisliyə görə dünyanı, Günahlarına görə pis adamları cəzalandıracağam. Təkəbbürlülərin qürurunu qıracağam, Zalımların məğrurluğunu alçaldacağam.


Buna görə də Rəbb belə deyir: «Bu xalqa bəla gətirməyə hazırlaşıram, Ondan boyun qaçıra bilməyəcəksiniz. Siz bir daha dikbaş gəzməyəcəksiniz, Çünki pis zaman gəlir.


跟着我们:

广告


广告