Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 28:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Budur, Rəbbin güclü, qüvvətli bir adamı var. O, bərk yağan dolu, Bəla gətirən fırtına kimi, Hər şeyi yolunda məhv edən sel kimi gəlir, Əlləri ilə şəhəri yerlə yeksan edəcək.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

2 Budur, Rəbbin güclü, qüvvətli bir adamı var. O, bərk yağan dolu, Bəla gətirən fırtına kimi, Hər şeyi yolunda məhv edən sel kimi gəlir, Əlləri ilə şəhəri yerlə yeksan edəcək.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

2 Будур, Рәббин ҝүҹлү, гүввәтли бир адамы вар. О, бәрк јаған долу, Бәла ҝәтирән фыртына кими, Һәр шеји јолунда мәһв едән сел кими ҝәлир, Әлләри илә шәһәри јерлә јексан едәҹәк.

参见章节 复制




YEŞAYA 28:2
21 交叉引用  

Lakin O, Ninevanın olduğu yeri Azğın sellərlə məhv edəcək. Düşmənlərini zülmətə salacaq.


Sən suvaq vuranlara söylə ki, o divar uçacaq. Şiddətli yağış yağacaq və dolu dənələrini yerə salacağam. Tufan küləyi divara qarşı əsəcək.


Rəbb əzəmətli səsini eşitdirəcək, Qızğın qəzəblə, hər şeyi yandıran alovla, Fırtına ilə, güclü leysanla, dolu ilə Qolunun qüdrətini göstərəcək.


Ordular Rəbbi göy gurultusu ilə, zəlzələ ilə, Böyük səs-küylə, qasırğa və fırtına ilə, Hər şeyi məhv edən od ilə sənin yanına gələcək.


O gün Rəbb Livyatana, qaçan ilana, Bəli, Livyatana, qıvrılan ilana Amansız, nəhəng və qüvvətli qılıncı ilə cəza verəcək, Dənizdəki əjdahanı öldürəcək.


Buna görə də bir günün içində Onun üstünə bəlalar gələcək, Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq. Çünki onu mühakimə edən Rəbb Allah qüdrətlidir».


Budur, Xudavənd Rəbb Öz qüvvəsi ilə gəlir, O, qüdrətlə hökm edəcək, Mükafatı Onunladır, Ənamı önündədir.


Çünki Sən yoxsula sığınacaq, Sıxıntı içində olan fəqirə pənahgah, Fırtına vaxtı çardaq, İstilik vaxtı kölgəlik oldun. Qəddarların nəfəsi divara çarpan fırtına kimidir,


Birinci mələk şeypurunu çaldı. Onda qanla qarışıq dolu və od əmələ gəlib yer üzünə yağdırıldı. Yer üzünün üçdə biri, ağacların üçdə biri və bütün yaşıl otlar yandırıldı.


Emorlular İsraillilərin qarşısından qaçdıqları zaman Bet-Xoron enişində ikən Azeqaya qədər Rəbb onların üstünə göydən böyük daşlar yağdırdı və onlar öldülər. Daş kimi dolu ilə ölənlər İsrail övladlarının qılıncla öldürdüklərindən daha çox idi.


Onlar vaxtı çatmamış çəkilib getdilər, Təməllərini sellər basdı.


«Bu xalq sakit axan Şiloah sularını rədd edib Resinlə Remalyanın oğluna meyl saldıqlarına görə


Onun nəfəsi insan boğazına çatmış daşan sel kimidir, Millətləri ələkdən keçirəcək ki, məhv olsunlar, Xalqların ağzına yüyən taxacaq ki, yolunu azsınlar.


Dolu meşələrə düşsə də, Şəhər yerlə yeksan olsa da,


Sən, bütün qoşunun və səninlə birgə bir çox xalq çıxıb tufan kimi gələcəksiniz, ölkənin üzərini tutan buluda bənzəyəcəksiniz”.


Altmış iki yeddiillik dövrdən sonra məsh olunan həlak olacaq, amma bu özü üçün olmayacaq. Gələcək hökmdarın xalqı şəhəri və Müqəddəs yeri viran edəcək. Onun sonu daşqın kimi olacaq. Müharibə sona qədər davam edəcək. Viranəliklər olacağına qərar verilib.


跟着我们:

广告


广告