Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 28:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Məhsuldar vadinin başında yerləşən, Şəraba uymuşların şəhərinin – Efrayim sərxoşlarının qürurlu tacının, İzzətli gözəlliyin və solan çiçəyin vay halına!

参见章节 复制

Azərbaycan Bibliyası 2008

1 Məhsuldar vadinin başında yerləşən, Şəraba uymuşların şəhərinin – Efrayim sərxoşlarının qürurlu tacının, İzzətli gözəlliyin və solan çiçəyin vay halına!

参见章节 复制

МУГӘДДӘС КИТАБ

1 Мәһсулдар вадинин башында јерләшән, Шәраба ујмушларын шәһәринин – Ефрајим сәрхошларынын гүрурлу таҹынын, Иээәтли ҝөэәллијин вә солан чичәјин вај һалына!

参见章节 复制




YEŞAYA 28:1
28 交叉引用  

Padşahımızın ad günündə Başçılar şərabın atəşindən xəstələndi, Padşah da istehzaçılarla əl-ələ verdi.


Kahinlər və peyğəmbərlər də şərabdan səndələyir, İçkidən büdrəyir, Şərab içib xumarlanıb, İçkidən yollarını azıb. Onlar yanlış görüntülər görür, Tutarsız qərarlar qəbul edir.


Piyalə-piyalə şərab içənlər, Bədənlərinə əla yağlar sürtənlər, Lakin Yusif nəslinin qırğınına görə Narahat olmayanlar!


Vay halınıza, ey Sionda laqeyd olanlar, Samariya dağında arxayın oturanlar, İsrail nəslinin müraciət etdiyi Millətlər arasında adlı-sanlılar!


“Siz isə Nəzirilərə şərab içirdiniz, Peyğəmbərlərə ‹peyğəmbərlik etmə› əmri verdiniz.


İsraillilər hər qurbangahın yanında Girov götürdükləri paltarın üzərində yatır, Özlərinin Allahının məbədində Cərimə üçün gətirilən şərabı içirlər.


İsrail nəslində qorxunc bir şey gördüm, Efrayim fahişəliyə batmış, İsrail murdarlanmışdır.


İsrailin qüruru özünə qarşı şəhadət edir. İsraillə Efrayim Günahlarından ötrü büdrəyib-yıxılır. Yəhuda da onlarla birgə yıxılır.


Zina, köhnə və təzə şərab Onların ürəklərini cəlb edib.


Bütün xalq, Efrayimin, Samariyanın sakinləri Bunu biləcək. Bu qürurlu, təkəbbürlü xalq belə deyir:


Çünki körpə “anam, atam” deməyi öyrənməzdən əvvəl Dəməşqin sərvəti və Samariyanın qəniməti Aşşur padşahına aparılacaq».


Vay halına şərab içməkdə qəhrəman, İçkiləri qarışdırıb içməkdə pərgar olanların!


Vay halına səhər erkən qalxıb içki ardınca düşənlərin, Gecə yarısınadək şərab içib keflənənlərin!


Kimdir yaslı? Kimdir dərdli? Kimin münaqişəsi var? Kimin şikayəti var? Kim boş yerə yaralandı? Kimin gözləri qızarar?


Remalya oğlu Peqah Yəhudada yüz iyirmi min adamı bir gündə öldürdü, hamısı igid adam idi. Çünki onlar atalarının Allahı Rəbbi tərk etmişdi.


İsrail padşahı Peqahın dövründə Aşşur padşahı Tiqlat-Pileser gəlib İyonu, Avel-Bet-Maakanı, Yanoahı, Qedeşi, Xasoru, Gileadı, Qalileyanı və bütün Naftali torpağını tutdu, əhalisini də Aşşura sürgün etdi.


Öyündüyünüz güclü təkəbbürünüzü qıracağam. Başınız üzərində olan göyləri dəmir və ayağınız altındakı yeri tunc kimi edəcəyəm ki,


Efrayim cəza günündə viran olacaq, Bu yəqin sözü İsrail qəbilələri arasında bəyan edirəm.


İsrail üzərində həyata keçirilsin deyə Rəbb Yaqub nəslinin əleyhinə xəbərdarlıq etdi.


Buna görə Rəbb Resinin düşmənlərini gücləndirəcək, Yağılarını dirçəldəcək,


Ey sizlər, Samariya dağında bəslənən Başan inəkləri! Bu sözü dinləyin, ey yoxsullara zülm edən, Möhtacları sıxışdıran, ərlərinə “gətir içək” deyən qadınlar!


Ey fil dişi ilə bəzənmiş çarpayılarda yayxanıb, Yataqlarda uzanıb, Sürüdəki quzulardan, Axurun yanındakı danalardan götürüb yeyənlər!


Xudavənd Rəbb Öz haqqına and içir, Ordular Allahı Rəbb bəyan edir: “Yaqub nəslinin qüruruna nifrət edirəm, Qalalarından zəhləm gedir. İçində olanlarla birlikdə Paytaxtlarını təslim edəcəyəm”.


跟着我们:

广告


广告