Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 27:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 İstehkamlı şəhər tənha, kimsəsiz yurd, Səhra kimi boş qaldı. Orada dana otlayıb yatacaq, Budaqları yeyib-qurtaracaq.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

10 İstehkamlı şəhər tənha, kimsəsiz yurd, Səhra kimi boş qaldı. Orada dana otlayıb yatacaq, Budaqları yeyib-qurtaracaq.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

10 Истеһкамлы шәһәр тәнһа, кимсәсиэ јурд, Сәһра кими бош галды. Орада дана отлајыб јатаҹаг, Будаглары јејиб-гуртараҹаг.

参见章节 复制




YEŞAYA 27:10
24 交叉引用  

Aroer şəhərləri tərk olunacaq. Oralar sürülərin otlaq yeri olacaq, Onları qorxudan olmayacaq.


Buna görə də sizin üzünüzdən Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına, Məbədin tikildiyi dağ Meşəli təpələrə çevriləcək.


«Yəhuda padşahı Xizqiyanın dövründə Moreşetli Mikeya peyğəmbərlik edib bütün Yəhuda xalqına söylədi ki, Ordular Rəbbi belə deyir: “Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına dönəcək, Məbədin tikildiyi dağ Meşəli təpələrə çevriləcək”.


bu məbədi də Şilo kimi edəcəyəm, bu şəhəri yer üzünün bütün millətləri arasında lənətə düçar edəcəyəm”».


O gün istehkamlı şəhərləri İsrail övladlarından qaçan Hivlilərlə Emorluların tərk etdiyi Şəhərlərə bənzəyəcək, viran qalacaq.


Bütün bunlara görə, ey İsrail dağları, Xudavənd Rəbbin sözünü eşidin. Xudavənd Rəbb dağlara, təpələrə, vadilərə, dərələrə, ətrafındakı başqa millətlərə, qarət və kinayə hədəfi olan viran olmuş xarabalıqlara, tərk edilmiş şəhərlərə belə deyir.


Çünki Sion dağı viran qalıb, Üstündə tülkülər gəzib-dolaşır.


Siona gedən yollar yas tutur, Çünki bayramlarına gələn yoxdur, Buranın bütün darvazaları kimsəsiz qalıb, Kahinləri ah-zar edir. Bu şəhərin qızları əzab-əziyyət çəkir, Buranın aqibəti acıdır,


Müqəddəs şəhərlərin səhraya, Sion çöllüyə döndü, Yerusəlim viran qaldı.


Çünki Sən şəhəri bir daş yığınına, İstehkamlı şəhəri xarabalığa döndərdin. O şəhər yadellilərin qalası idi, Ondan əsər-əlamət qalmadı, O bir daha bərpa olunmaz.


Bir vaxt şumlanıb əkin əkilən təpələr Kimsənin girə bilməyəcəyi tikanlı, qanqallı çölə dönəcək, Mal-qaranın gəzdiyi, qoyun-keçinin tapdaladığı yerlərə çevriləcək».


O gün bir düyə ilə bir cüt qoyun bəsləyən


Dolu meşələrə düşsə də, Şəhər yerlə yeksan olsa da,


Səhra və quru torpaq sevinəcək, Çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək.


Sən qəlbində deyəcəksən: “Axı bunları mənim üçün kim doğdu? Övladlarım itkin düşmüşdü, sonsuz oldum, Sürgün edilmişdim, qovulmuşdum. Belə isə bunları kim böyütdü? Mən tək-tənha qalmışdım, Bəs bunlar haradan gəlib-çıxdı?”»


Rəbbin qızğın qəzəbindən Dinc pəyələr də məhv oldu.


Babil padşahı Xamat torpağında olan Rivlada onları öldürdü. Beləcə Yəhuda xalqı öz ölkəsindən sürgün olundu.


Viran qalmış şəhər xaraba qalıb, Bütün evlər qıfıllanıb, Heç kim ora girə bilmir.


跟着我们:

广告


广告