Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 26:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Qəlbim gecələr Sənin üçün həsrət çəkər, Bəli, ruhum daxilimdə Səni arayar. Hökmlərin yer üzündə həyata keçdikcə Dünyanın sakinləri doğruluğu öyrənir.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

9 Qəlbim gecələr Sənin üçün həsrət çəkər, Bəli, ruhum daxilimdə Səni arayar. Hökmlərin yer üzündə həyata keçdikcə Dünyanın sakinləri doğruluğu öyrənir.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

9 Гәлбим ҝеҹәләр Сәнин үчүн һәсрәт чәкәр, Бәли, руһум дахилимдә Сәни арајар. Һөкмләрин јер үэүндә һәјата кечдикҹә Дүнјанын сакинләри доғрулуғу өјрәнир.

参见章节 复制




YEŞAYA 26:9
28 交叉引用  

Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək.


Səhər alaqaranlıqda İsa qalxıb evdən çıxdı və kimsəsiz bir yerə gedib orada dua etdi.


O saat böyük bir zəlzələ baş verdi və şəhərin onda biri dağıldı. Zəlzələdə yeddi min nəfər həlak oldu, qalanları isə qorxuya düşüb göydəki Allahı izzətləndirdilər.


O günlərdə İsa dua etmək üçün dağa çıxdı. O bütün gecəni Allaha dua etməklə keçirtdi.


Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Onu çağırın.


Məni sevənləri sevirəm, Məni səylə axtaran tapır.


Sonra qayıdıb Öz məskənimə gedəcəyəm, O vaxtacan ki özlərini günahkar sayaraq Mənim hüzurumu axtaracaqlar. Bəlaya düşəndə həsrətlə Məni axtaracaqlar».


Yaqub nəslinin qəbahəti bununla bağışlanacaq, Günahın aradan götürülməsinin tam bəhrəsi bu olacaq: Bütpərəst qurbangahların daşları Tabaşir kimi ovulacaq, İlahə Aşeranın rəmzi olan sütunlar Ya da buxur qurbangahları Bir daha dikəlməyəcək.


Ölənləri görüb Allahı axtardılar, Geri dönüb Allahı səylə aradılar.


Aranızda Rəbdən qorxan, Qulunun sözünə qulaq asan varmı? Qaranlıqda gəzən, nurdan məhrum olan Rəbbin adına güvənsin, Allahına arxalansın.


Qalx, gecə fəryad etməyə, Gecə növbələri başlayarkən Xudavəndin hüzurunda qəlbini sular kimi açıb tök. Əllərini Ona aç, övladlarının sağ qalmasını dilə, Onlar hər tin başında acından huşunu itirir.


Rəbb Ona güvənənlərə, Onu axtaran könüllərə xeyirxahdır.


Qəzəb və hiddətimlə, qızğın məzəmmətlərimlə səni cəzalandırarkən ətrafında olan millətlər üçün rüsvayçılıq, təhqir, ibrət və dəhşət hədəfi olacaqsan. Mən Rəbb bunu söylədim.


Allahımız Rəbb Odur, Hökmü bütün yer üzərindədir.


跟着我们:

广告


广告