Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 25:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Çünki Sən şəhəri bir daş yığınına, İstehkamlı şəhəri xarabalığa döndərdin. O şəhər yadellilərin qalası idi, Ondan əsər-əlamət qalmadı, O bir daha bərpa olunmaz.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

2 Çünki Sən şəhəri bir daş yığınına, İstehkamlı şəhəri xarabalığa döndərdin. O şəhər yadellilərin qalası idi, Ondan əsər-əlamət qalmadı, O bir daha bərpa olunmaz.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

2 Чүнки Сән шәһәри бир даш јығынына, Истеһкамлы шәһәри харабалыға дөндәрдин. О шәһәр јаделлиләрин галасы иди, Ондан әсәр-әламәт галмады, О бир даһа бәрпа олунмаэ.

参见章节 复制




YEŞAYA 25:2
24 交叉引用  

Dəməşq barədə xəbərdarlıq: Budur, Dəməşq daha şəhər olmayacaq, Bir yığın xarabalığa dönəcək.


Saraylarında goreşənlər çığıracaq, Gözəl imarətlərində çaqqallar gəzəcək. Babilin sonu yaxınlaşır, O günlər tez gəlib çatacaq».


O, Moavın istehkamlarını, Yüksək divarlarını yerə endirəcək, Dağıdıb yerlə yeksan edəcək.


Onlar başlarına toz töküb fəryad edir və ağlayıb yas tutaraq deyirdilər: «Vay, vay halına, Dənizdə gəmisi olanların hamısının Oranın çox qiymətli malları ilə Varlandığı böyük şəhər! Çünki bir saat içində viran oldun».


Səndən künc və təməl daşı götürməyəcəklər, Sən əbədi bir viranə olacaqsan» Rəbb belə bəyan edir.


Xaldey ölkəsinə bax! O xalq artıq yoxdur. Aşşurlular o ölkəni Vəhşi heyvanların məskəninə döndərdi. Onlar hücum etmək üçün qüllələri tikdi, Sarayları dağıtdılar, Bu diyarı viranəliyə çevirdi.


Budur, döyüş arabalarında süvarilər cüt-cüt gəlir». Sonra o çığırdı: «Yıxıldı, Babil yıxıldı! Onun allahlarının bütləri isə yerə düşüb parça-parça oldu».


«Babili bayquş yuvasına, bataqlığa çevirəcəyəm, Qırğın süpürgəsi ilə süpürəcəyəm» Ordular Rəbbi bəyan edir.


Talan mallarının hamısını toplayıb meydanın ortasına yığın. Şəhəri və malların hamısını Allahınız Rəbb üçün tamamilə yandırın. Qoy bu şəhər əbədi olaraq viranəliyə çevrilsin və yenidən bərpa edilməsin.


Efrayimdə qalalı şəhər qalmayacaq, Dəməşqin hakimiyyəti yox olacaq, Sağ qalan Aramlıların qüvvəti İsrail övladlarının qüvvəti tək olacaq. Bunu Ordular Rəbbi bəyan edir.


Onun yıxdığı bərpa olunmaz, Onun həbs etdiyi insan azad olmaz.


Rəbb dənizin üzərinə əlini uzatdı, Padşahlıqları titrətdi, Kənanın istehkamlarının dağılması haqqında əmr verdi.


O, yuxarıdan gedənləri alçaldar, Onların yaşadığı şəhəri dağıdar, Yerlə yeksan edər.


İstehkamlı şəhər tənha, kimsəsiz yurd, Səhra kimi boş qaldı. Orada dana otlayıb yatacaq, Budaqları yeyib-qurtaracaq.


Çünki saray viranə, İzdihamlı şəhər boş qalacaq, Qala ilə gözətçi qülləsi Əbədilik mağaralara çevriləcək, Vəhşi eşşəklərin gəzdiyi, Sürülərin otlaq yeri olacaq.


Dolu meşələrə düşsə də, Şəhər yerlə yeksan olsa da,


Saraylarında tikanlar, Qalalarında gicitkən və böyürtkən bitəcək. Ora çaqqalların yurdu, dəvəquşuların yuvası olacaq.


Məgər eşitməmisən ki, Mən çoxdan bu işi hazırladım, Qədimdən bəri müəyyən etdiyimi İndi yerinə yetirirəm ki, Sən qalalı şəhərləri dağıdıb Viranəliyə çevirəsən.


«Yerusəlimi daş qalaqlarına, Çaqqal yuvasına döndərəcəyəm. Yəhuda şəhərlərini Sakinsiz bir xarabalığa çevirəcəyəm» deyir Rəbb.


Orada bir daha heç kim yaşamayacaq, Nəsildən-nəslə kimsə məskunlaşmayacaq. Ərəblər çadırlarını qurmayacaq, Çobanlar sürülərini orada saxlamayacaq.


Ora vəhşi heyvanların yaşadığı yer olacaq, Bayquşlar evlərdə qaynaşacaq, Orada dəvəquşular məskən salacaq, Təkələr oynaşacaq.


Viran qalmış şəhər xaraba qalıb, Bütün evlər qıfıllanıb, Heç kim ora girə bilmir.


跟着我们:

广告


广告