Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 24:8 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 Dəflərin şən səsi kəsilib, Sevinc nidası eşidilmir, Liraların avazı gəlmir.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

8 Dəflərin şən səsi kəsilib, Sevinc nidası eşidilmir, Liraların avazı gəlmir.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

8 Дәфләрин шән сәси кәсилиб, Севинҹ нидасы ешидилмир, Лираларын аваэы ҝәлмир.

参见章节 复制




YEŞAYA 24:8
16 交叉引用  

Onda olan bütün şadlıqlara, Bayramlara, Təzə Ay mərasimlərinə, Şənbə günlərinə və bütün təntənələrə son qoyacağam.


Çəng çalanların, müğənnilərin, Tütək və şeypur çalanların səsi Artıq səndən gəlməyəcək. Hər cür sənətlə məşğul olan sənətkar Artıq səndə olmayacaq. Dəyirman səsi də Artıq səndən gəlməyəcək.


Oxuduğun nəğmələrin səsinə son qoyacağam. Liralarının sədası artıq eşidilməyəcək.


Yəhuda şəhərlərində, Yerusəlim küçələrində sevinc və şadlıq sədasını, bəy-gəlin səsini kəsəcəyəm, çünki ölkə viran olacaq».


Sevinc və şadlıq sədasını, bəy-gəlin səsini, dəyirman daşlarının taqqıltısını, çıraq işığını onların içindən yox edəcəyəm.


Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax bu yerdə sizin günlərinizdə gözlərinizin önündə sevinc və şadlıq sədasını, bəy-gəlin səsini yox edəcəyəm”.


Onların ziyafətlərində Lira, çəng, dəf və ney çalınar, Şərab içilər, Lakin onlar Rəbbin gördüyü işlərə Diqqət etməzlər, əməllərinə baxmazlar!


Liram yas tutub nalə çəkir, Tütəyim zar-zar inləyir.


Ölülər diyarı həddindən artıq ağzını açıb Doymaq bilmir. Yerusəlimin adlı-sanlıları, Adi adamları, səs-küylə əylənən insanları bu diyara enəcək.


Meyvə bağlarından sevinc və fərəh götürüldü, Üzümlüklərdə nə nəğmələr, nə də sevinc nidaları səslənir. Üzümsıxanlardan şərab götürülməyəcək, Onların sevinc səslərini kəsdim.


Şəhər darvazasında ağsaqqallar oturmur, Gənclər çalğı alətlərində çalmır.


Sən Allahın bağçası olan Eden bağında idin. Cürbəcür qiymətli daşlarla – Yaqut, topaz, almaz, Sarı yaqut, damarlı əqiq, yəşəm daşı, Göy yaqut, firuzə və zümrüdlə bəzənmişdin. Qaxma və oyma işlərin qızıldan idi. Bunlar yaradıldığın gün hazırlanmışdı.


Kaş o gecə qısır olaydı, Sevincsiz, səssiz qalaydı!


Bundan ötrü indi sürgünə Başda siz gedəcəksiniz. Keflənib yayxananların ziyafəti başa çatacaq.


跟着我们:

广告


广告