Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 24:20 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

20 Dünya sərxoş kimi yırğalanacaq, Külək əsəndə talvar kimi silkələnəcək, Qanunsuzluğun ağırlığı altında yerə yatacaq, Bir daha qalxa bilməyəcək.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

20 Dünya sərxoş kimi yırğalanacaq, Külək əsəndə talvar kimi silkələnəcək, Qanunsuzluğun ağırlığı altında yerə yatacaq, Bir daha qalxa bilməyəcək.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

20 Дүнја сәрхош кими јырғаланаҹаг, Күләк әсәндә талвар кими силкәләнәҹәк, Ганунсуэлуғун ағырлығы алтында јерә јатаҹаг, Бир даһа галха билмәјәҹәк.

参见章节 复制




YEŞAYA 24:20
26 交叉引用  

Rəbb onların ağlını çaşdırdı. Necə ki sərxoş adam öz qusduğunun ətrafında səndələyirsə, Misir də öz əməllərində belə dolaşır.


Samariyanın bütlərə and içib ‹Ey Dan, allahının haqqı!›, ‹Beer-Şevaya gedən yol haqqı!› deyən adamlar Yıxılacaq və bir daha qalxmayacaq”.


Sonra nəzərini öz ölkəsinin qalalarına tərəf çevirəcək. Ancaq büdrəyib yıxılacaq və ondan bir əsər qalmayacaq.


Heyrətlənin və təəccüblənin, Gözünüzü kor edin, qoy görməsin. Şərab içmədən sərxoş olun, İçki içmədən səndələyin.


Bir güclü mələk dəyirman daşı boyda böyük bir daşı götürərək dənizə atıb dedi: «Böyük şəhər Babil də Belə zorakılıqla yıxılacaq, Bir daha görünməyəcək.


Xudavənd günahlarımı mənə boyunduruq etdi, Əli ilə bir-birinə hördü, Onları boynuma keçirtdi, Taqətimi tükəndirdi. Məni qarşısında dura bilmədiyim İnsanlara təslim etdi.


«Sən onlara söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “İçib sərxoş olun, sonra qusun, üstünüzə göndərəcəyim qılıncla vurulub-yıxılın və bir daha ayağa qalxmayın”.


Onlara söyləyəcəksən ki, Rəbb belə deyir: «Yıxılanlar qalxmazmı? Yoldan azan geri qayıtmazmı?


İlk əcdadların günaha batdı, Rəhbərlərin Mənə qarşı üsyankar oldu.


Evim çoban çadırı kimi dağıldı, Əlimdən alındı. Həyatım dəzgahda toxunan saplar kimi dövr edirdi, Ya Rəbb, bu dəzgahdan məni kəsdin. Bir günün içində əcəlimi çatdırdın.


Lakin üsyankarlarla günahkarlar Birgə həlak olacaq, Rəbbi tərk edənlər yox olacaq.


Sion qızı bağdakı çardaq, bostandakı koma, Mühasirəyə alınmış şəhər kimi tək qalıb.


Qaranlıqda əl sürtə-sürtə yeriyərlər, Onları sərxoş kimi aşa-aşa gəzdirər.


Budur, Rəbb yer üzünü boş qoyub xarabalığa çevirəcək, Dünyanı alt-üst edəcək, Sakinlərini dağıdacaq.


Kahinlər və peyğəmbərlər də şərabdan səndələyir, İçkidən büdrəyir, Şərab içib xumarlanıb, İçkidən yollarını azıb. Onlar yanlış görüntülər görür, Tutarsız qərarlar qəbul edir.


«Onlar eşiyə çıxanda Mənə qarşı üsyankar olanların meyitlərini görəcək. Meyitləri yeyən qurd ölməyəcək, Onları yandıran alov sönməyəcək. Bütün bəşər onlardan iyrənəcək».


Rəbbin hüzurundan dağlar titrəyir, Təpələr əriyir, Yer üzü Rəbbin önündə sarsılır, Dünya və onun sakinləri lərzəyə gəlir.


Ölkədəki bolluq ondan sonra gələn aclıq üzündən görünməyəcək, çünki aclıq çox ağır olacaq.


Dağlara baxdım, titrəyirdilər, Bütün təpələr yerlərindən qopurdu.


Ölkə titrəyib lərzəyə gəlir! Çünki Rəbbin Babilə qarşı niyyəti – Oranı sakinsiz bir viranəyə çevirmə niyyəti Yerinə yetməlidir.


跟着我们:

广告


广告