Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 23:13 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

13 Xaldey ölkəsinə bax! O xalq artıq yoxdur. Aşşurlular o ölkəni Vəhşi heyvanların məskəninə döndərdi. Onlar hücum etmək üçün qüllələri tikdi, Sarayları dağıtdılar, Bu diyarı viranəliyə çevirdi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

13 Xaldey ölkəsinə bax! O xalq artıq yoxdur. Aşşurlular o ölkəni Vəhşi heyvanların məskəninə döndərdi. Onlar hücum etmək üçün qüllələri tikdi, Sarayları dağıtdılar, Bu diyarı viranəliyə çevirdi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

13 Халдеј өлкәсинә бах! О халг артыг јохдур. Ашшурлулар о өлкәни Вәһши һејванларын мәскәнинә дөндәрди. Онлар һүҹум етмәк үчүн гүлләләри тикди, Сарајлары дағытдылар, Бу дијары виранәлијә чевирди.

参见章节 复制




YEŞAYA 23:13
23 交叉引用  

Buna görə İbrahim Xaldeylilərin ölkəsini tərk edib Xarana köçdü. Atasının ölümündən sonra Allah onu oradan da götürüb sizin indi yaşadığınız bu ölkəyə gətirdi.


Budur, Mən amansız və qəddar milləti – Dünyanın dörd tərəfinə yüyürən, Özgə məskənləri zəbt edən Xaldeyliləri qaldırıram.


«Bu, şan-şöhrətim üçün böyük qüdrətimlə paytaxt kimi tikdiyim böyük Babil deyilmi?»


«Ey bəşər oğlu, Babil padşahı Navuxodonosor Surla müharibədə öz ordusuna çox zəhmət verdi: əsgərlərin saçı töküldü, ağır yük daşımaqdan çiyinləri yağır oldu. Amma Surla müharibədə ordusuna zəhmət verməsinə baxmayaraq, bunun nə özünə, nə də ordusuna bir xeyri oldu.


Mən Allah Sodomla Homorranı necə dağıtdımsa, Padşahlıqların ən gözəli olan, Xaldeylilərin calalı və qüruru olan Babili də elə yıxacağam.


Amma Aşşur padşahı Bundan da pis niyyətlər haqda düşünür, Bir neçə millətin kökünü kəsib məhv etməyi fikirləşir.


«Vay Aşşurun halına, O Mənim qəzəb əsam, Əlindəki dəyənəksə qeyzimdir!


O, sözünü qurtarmamış başqa nökər gəlib dedi: «Xaldeylilərdən üç qoşun hücum edərək dəvələrini apardı və nökərləri qılıncdan keçirtdi. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim».


Rəbb Aşşur padşahının ordu başçılarını onların üzərinə göndərdi. Onlar Menaşşeyə qandal və tunc zəncir vurub onu əsir aldılar və Babilə apardılar.


O zaman Babil padşahı Baladan oğlu Merodak-Baladan Xizqiyaya məktublar və hədiyyələr göndərdi, çünki Xizqiyanın xəstələndiyini eşitmişdi.


Aşşur padşahı Babildən, Kutadan, Avvadan, Xamatdan və Sefarvayimdən adamlar gətirib İsrail övladlarının yerinə Samariyanın şəhərlərində yerləşdirdi. Onlar Samariyaya sahib oldular və oranın şəhərlərində yaşadılar.


Terah oğlu İbramı, Haranın oğlu olan nəvəsi Lutu, oğlu İbramın arvadı olan gəlini Sarayı özü ilə götürdü və Kənan torpağına getmək üçün Xaldeylilərin Ur şəhərindən çıxdı. Onlar Xarana gəlib, orada məskən saldılar.


Haran atası Terahın sağlığında doğulduğu ölkədə – Xaldeylilərin Ur şəhərində öldü.


Buna görə də o yerin adına Babil dedilər, çünki orada Rəbb bütün dünyadakı adamların dilini qarışdırdı və onları bütün yer üzünə yaydı.


Üçüncü çayın adı Dəclədir. O, Aşşur ölkəsinin şərqindən axır. Dördüncü çay Fəratdır.


Ora vəhşi heyvanların yaşadığı yer olacaq, Bayquşlar evlərdə qaynaşacaq, Orada dəvəquşular məskən salacaq, Təkələr oynaşacaq.


Hamısı dağın yırtıcı quşlarına, Yerin vəhşi heyvanlarının qarşısına atılacaq. Yayda yırtıcı quşlara, Qışda bütün vəhşi heyvanlara yem olacaq.


Sizi Satınalan, İsrailin Müqəddəsi, Rəbb belə deyir: «Sizin xatirinizə Babilə ordu göndərəcəyəm. Onların hamısını qaçqın edəcəyəm, Xaldeylilər də öyündükləri gəmilərlə qaçacaq.


Babillilərlə bütün Xaldeyliləri, Peqod, Şoa və Qoa xalqını, bütün Aşşurluları gətirəcəyəm. Onlar cazibədar cavanlar, valilər, başçılar, zabitlər və məşhur adamlardır. Hamısı da atlara minib.


跟着我们:

广告


广告