Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 23:12 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

12 Onda Rəbb dedi: «Ey zorlanmış bakirə Sidon qızı, Sən bir daha sevinməyəcəksən! Qalx, Kittimə yollan, Amma orada da canına rahatlıq tapmayacaqsan».

参见章节 复制

Azərbaycan Bibliyası 2008

12 Onda Rəbb dedi: «Ey zorlanmış bakirə Sidon qızı, Sən bir daha sevinməyəcəksən! Qalx, Kittimə yollan, Amma orada da canına rahatlıq tapmayacaqsan».

参见章节 复制

МУГӘДДӘС КИТАБ

12 Онда Рәбб деди: «Еј эорланмыш бакирә Сидон гыэы, Сән бир даһа севинмәјәҹәксән! Галх, Киттимә јоллан, Амма орада да ҹанына раһатлыг тапмајаҹагсан».

参见章节 复制




YEŞAYA 23:12
21 交叉引用  

Çəng çalanların, müğənnilərin, Tütək və şeypur çalanların səsi Artıq səndən gəlməyəcək. Hər cür sənətlə məşğul olan sənətkar Artıq səndə olmayacaq. Dəyirman səsi də Artıq səndən gəlməyəcək.


Ey bakirə Babil qızı, Düş aşağı, torpaqda otur. Ey Xaldey qızı, Artıq taxt yoxdur, yerdə otur. Bundan sonra sənə “Zərif, nazlı” deməyəcəklər.


Avarlarını Başanın palıd ağaclarından qayırdılar, Göyərtəni fil sümüyü ilə bəzənən, Kittim sahillərindən gətirilən Şam ağaclarından düzəltdilər.


İnsanlar onlara qışqırır: «Ey murdarlar, rədd olun! İtilin buradan, bizə dəyməyin, rədd olun!» Onlar qaçqın, sərgərdan dolanarkən Başqa millətlər deyir: «Bunlar burada qalmasın!»


Məni müdafiə edən cəngavərlər vardı, Hamısı Xudavənd tərəfindən atıldı. Mənə qarşı bir ordu göndərdi, Seçmə igidlərimi qırıb tapdalatdı. Bakirə Yəhuda qızını üzümsıxanda əzdi.


Yəhuda dərdə, ağır zillətə düşüb, İndi sürgünə gedir. O, millətlər arasında yaşayır, O torpaqlarda rahatlıq tapmır, Yəhuda bu iztiraba düşəndə, Təqibçilər ona çatdılar.


Ey bakirə qıza bənzəyən Misir, Gileada çıx, məlhəm al. Çoxlu dərman içməyin əbəsdir, Sənin dərdinə əlac yoxdur.


Onlara bu sözü söylə: “Qoy gözlərim gecə-gündüz Dayanmadan yaş töksün. Çünki bakirə qıza bənzəyən əziz xalqım Ağır bir yara aldı, Şiddətli bir zərbə yedi.


Rəbb deyir: «Ey Xaldey qızı, Qaranlığa çəkil, sakitcə otur! Çünki bundan sonra səni daha Padşahlıqların mələkəsi çağırmayacaqlar!


Onun haqqında Rəbbin söylədiyi söz budur: “Bakirə Sion qızı Sənə xor baxıb lağ edir, Yerusəlim qızı Sənin arxanca başını bulayır.


Uzaq ölkələri müstəmləkə etmiş, Əylənib keflənən sakinləri olan Qədim şəhər bu imiş?


Rəbb onları İsraillilərə təslim edib qırdırdı. İsraillilər böyük Sidona və Misrefot-Mayimə qədər, şərq tərəfdəki Mispa vadisinə qədər düşmənləri qovub heç kim sağ qalmayana qədər hamısını qırdılar.


Kittim sahillərindən gəmilər gələcək, Aşşur ilə Everi ram edəcək, Amma onlar da məhv olacaq».


Zevulun isə dəniz kənarında yaşayacaq, Ora gəmilərin limanı olacaq, Ərazisi Sidonun yanınadək uzanacaq.


Siz Kittim adalarına gedib görün, Qedara adam göndərib öyrənin. Görün belə bir şey oldumu?


Kittim gəmiləri ona qarşı gələcək və o, ruhdan düşüb geri dönəcək. Qəzəblənib müqəddəs əhdə qarşı çıxacaq və yenə müqəddəs əhdə xəyanət edənlərlə yaxşı davranacaq.


Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Dodanim.


跟着我们:

广告


广告